Uşağın Şaxta babadan istəyi hamını göz yaşına boğdu - VİDEO

Uşağın Şaxta babadan istəyi hamını göz yaşına boğdu - VİDEO
DÜNYA
13:26 17.12.2015
5085
"Təşəkkür edirəm, mənə hədiyyə gərək deyil. Gəlin balaca Noks üçün birlikdə dua edək! Tanrı bizi eşitsin..."
4 yaşlı Prestin Barnett ona hədiyyə vermək istəyən Santa-Klausun qarşısında diz çökərək başını aşağı salıb.
Prestin ABŞ-ın Cənubi Karolina ştatındakı Kolumbiya şəhərində yaşayır.
Kolumbiya şəhərindəki "Dutch Square" ticarət mərkəzində baş vermiş bu olayın fotosu sosial şəbəkələrdə yayılandan sonra balaca Prestin ölkənin ən məşhur uşağına çevrilib.
2 aylıq körpə Noks Stayn Las-Veqasdakı "Sunrise" uşaq hospitalında, reanimasiya bölməsindədir. Həkimlər onun həyatı uğrunda mübarizə aparırlar.
Noks barədə Prestinə xalası Loren Şarp danışıb: "Televizorda Noksla bağlı süjeti göstərəndə Prestin yanımda əyləşmişdi. Diqqətlə baxdı, sonra suallar verdi. Ona Noks barədə danışdım. Prestin kövrəldi, "Ona yardım edə bilərik?!" soruşdu. Bax, onda mən kövrəldim".
Daha sonra Noks barədə Prestinə nənəsi danışıb. Sən demə, Prestinin nənəsi Facebook-da körpə Noksa yardım məqsədilə yaradılmış qrupa qatılıbmış.
Noks Staynın ilkin müayinəsindən sonra həkimlər onun beyninin "ölməyə" başladığını demişdilər. Təkrar müayinə Noksun beynində qanaxma olduğunu göstərib.
Santa-Klausun qarşısında diz çöküb başını aşağı salan, Noks üçün dua edən Prestinin fotosunu Noksun anası Mindi Stayn görəndə göz yaşlarını saxlaya bilməyib.
///milli.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
11:35 24.05.2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
11:16 24.05.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
11:04 24.05.2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
10:51 24.05.2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
23:17 23.05.2025
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
23:08 23.05.2025
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
22:58 23.05.2025
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
Almaniyada qatar stansiyasında bıçaqlı hücum - Xeyli sayda yaralı var
22:45 23.05.2025
Almaniyada qatar stansiyasında bıçaqlı hücum - Xeyli sayda yaralı var
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
22:38 23.05.2025
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
"Onun yerinə keçmək kimi bir fikrim yoxdur"-  Aygün Bəylərin bacısı
22:33 23.05.2025
"Onun yerinə keçmək kimi bir fikrim yoxdur"- Aygün Bəylərin bacısı