‘Usanmadan, yorulmadan, utanmadan…’ – YAP-dan Milli Şuranın mitinqinə cavab

SİYASƏT
14:48 11.11.2014
1017
Noyabrın 9-da Milli Şuranın Yasamal rayonunda “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Bakı şəhər Baş Polis İdarəsinin mitinqlə bağlı yaydığı məlumatda bildirilir ki, toplantıda quruma daxil olan AXCP, İslam, həmçinin Müsavat, Xalq partiyalarının, eləcə də, bir sıra digər müxalifət yönümlü qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 700 (yeddi yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
Mitinq “Siyasi məhbuslara azadlıq” şüarı ilə keçirilib.
Mitinqin keçirilməsi ilə bağlı münasibətini açıqlayan millət vəkili, YAP Nəsimi Rayon təşkilatının sədri Məlahət Həsənova AZXEBER.COM-a bunları söyləyib:
“Azərbaycan demokratik dövlətdir və bütün məsələlər Konstitusiya ilə tənzimlənir. Azərbaycanda söz, mətbuat, fikir azadlığı mövcuddur. Azərbaycanda siyasi məhbus da və belə bir problem də yoxdur. Azərbaycanın yeganə qlobal problemi torpaqlarımızın işğalı məsələsidir və hüquqlarının müdafiə edilməli olan şəxslər isə qaçqın düşmüş, ev-eşiyini, yurdunu, yuvasını, ocağını itirmiş insanların hüquqlarıdır. Ona görə yaxşı olardı ki, istər Azərbaycanın daxilində, istərsə də xaricdə bu adamlar qanunsuz ittihamlar irəli sürmək əvəzinə bu məsələlərlə bağlı mitinq keçirsinlər, bu problemləri gündəmə gətirsinlər, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi məsələsini xaricdəki havadarlarına anlatsınlar. Ermənilər sözdə olan yalançı qondarma soyqırımı 100 ildir usanmadan, yorulmadan, utanmadan beynəlxalq ictimaiyyətin gündəmində saxlayırlar. Yaxşı olardı ki, Milli Şura üzvləri mitinq keçirəndə, xaricdəki havadarları ilə görüşəndə Xocalıda olan soyqırımları gündəmə gətirsinlər”.
Azxeber.com
OXŞAR XƏBƏRLƏR