Uşaq 50 milyonluq tabloya ziyan vurdu

Uşaq 50 milyonluq tabloya ziyan vurdu
DÜNYA
11:36 29.04.2025
188
Hollandiyanın Rotterdam şəhərindəki "Boijmans Van Beuningen" Muzeyində nümayiş etdirilən amerikalı rəssam Mark Rotkonun rəsm əsəri kiçik uşaq tərəfindən zədələnib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, təxminən 50 milyon avro dəyərində olan rəsm ictimai anbarda nümayiş etdirilib.

Muzey rəsmiləri tərəfindən verilən açıqlamada "Boz, Narıncı Maroon, No. 8" adlı əsərin altındakı laksız boya qatında kiçik cızıqlar olduğu və zərərin "səthi” olduğu ifadə edilib.
 
Bildirilib ki, hadisə gözdən qaçan bir anda baş verib.
 
Rəsm əsərinin bərpası istiqamətində işlər aparılır.
 
Gülay
OXŞAR XƏBƏRLƏR