Uşaq evində biabırçılıq: - Balaca qızlar fahişəliyə vadar olunurdu

DÜNYA
13:51 03.12.2013
4560
İstanbulda yerləşən Taksim Təlim-Tərbiyə və Sosial Reabilitasiya Mərkəzi ilə bağlı məhkəmə prosesi davam edir.
Prosesdə şok faktlar səslənib. Fəaliyyəti dayandırılmış mərkəzin müdiri A.K., onun müavini A.Ö., tərbiyəçilər, işçilər və 14 dayənin üst-üstə 66 il azadlıqdan məhrum edilməsi istənilir.
Onlar Mərkəzdə saxlanılan azyaşlı qızları fahişəliyə sürükləməkdə və vadar etməkdə suçlanıblar. Məhkəmə materiallarına görə, A.K.-nın birbaşa göstərişindən sonra 11 azyaşlı qız fahişəliyə məcbur olunub. Bundan başqa, uşaqlar yaxınlıqdakı gecə klublarında səhnəyə çıxarılıb, onlar striptiz göstərərək lüt soyunmağa vadar olunub. Bunun müqabilində "hər seans" üçün 50 lirə alınıb.
Mərkəzin müəllimləri və tərbiyəçiləri gecə saatlarında qapıları qəsdən bağlamayaraq uşaqları qaçmağa, "əyləncə və istirahətə yollanmağa" təşviq ediblər.
Azyaşlı qızlar Mərkəzi tərk edəndən sonra polis tərəfindən saxlanılanda isə rəhbərlik "onlar qaçmışdılar, sizə şikayət etmək istəyirdik" deyirdi.
Bu mərkəzin rəhbərliyinin fahişəliyə vadar etdiyi azyaşlı qızlar arasında 11 yaşlılar da var.
Tərbiyəçi Yasemin Rüzgarisə 15 yaşlı İ.K.-ı fahişəliyə vadar edib, qızı Serdar Tekeşadlı kişiyə "bir gecəlik" satıb.
Uşaq evindəki biabırçılıqla bağlı oranın 18 əməkdaşına qarşı cinayət işi qaldırılıb.(Milli.az)

OXŞAR XƏBƏRLƏR