"Uşaq kol-kos deyil ki, su tökəsən böyüsün" - Aparıcıdan sərt tənqid

"Uşaq kol-kos deyil ki, su tökəsən böyüsün" - Aparıcıdan sərt tənqid
MAQAZİN
09:51 15.03.2025
152

"Deyirlər ki, qadın alimentə görə boşanır. Bunu deyənlər, vicdansızdır. Bu aliment sizin uşağınız üçün verilir. Uşaq kol-kos deyil ki, suyu tökəsən öz-özünə çıxsın, yesin-içsin, nəqliyyatla gedib-gəlsin. Elə də böyük məbləğ vermirsiniz".

AZXEBER.COM xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova aparıcısı olduğu "Xəbər ertəsi" verilişində deyib.

Aparıcı səsləndirdiyi fikirlərə görə həmkarı Mehman Rəsulov ilə mübahisə də yaşayıb.

Mehman Rəsulov Səfərovanın sözləri ilə razılaşmayıb:

"Bunu bir-iki adam demir, çox adam deyir. Sosial şəbəkədə bunu nə qədər insan deyir. Hamını necə vicdansız adlandıra bilərik? Bunlar hamısı real həyatdakı insanlardır. Mən nifirət və hiddətin əleyhinəyəm. Qadın və kişilərin soyuq müharibəsi bizim cəmiyyətə travmadan başqa heç nə verməyəcək".

Aysel

OXŞAR XƏBƏRLƏR