“Uşaq olarkən Qarabağın işğalı ilə bağlı bir şey edə bilməmək içimizdəki yara idi”

“Uşaq olarkən Qarabağın işğalı ilə bağlı bir şey edə bilməmək içimizdəki yara idi”
SOSİAL
15:25 28.09.2023
152
"Uşaq olarkən Qarabağın işğalı ilə bağlı bir şey edə bilməmək içimizdəki yara idi”.

Bunu "Baykar" şirkətinin texniki direktoru Selcuk Bayraktar "TV 100”ün efirində deyib.

O bildirib ki, pilotsuz uçuş aparatları (PUA) Azərbaycan torpaqlarının işğaldan azad olunmasında mühüm rol oynadı: "Azərbaycanın öz torpaqlarında həyata keçirdiyi 44 günlük müharibə və antiterror tədbirləri tamamilə haqlıdır”.

S.Bayraktar, həmçinin söyləyib ki, Kanada Türkiyə PUA-larının müharibədə istifadəsinə qarşı çıxmışdı: "Təəssüf ki, Kanadanın bu reaksiyasına Türkiyə daxilində də sevinənlər var idi. Amma sevinmək əbəsdir. PUA-lar yenə də hədəfləri məhv edəcək”.
OXŞAR XƏBƏRLƏR