Uşaq oğurlayan qadın 12 il azadlıqdan məhrum edildi

DÜNYA
14:37 31.07.2012
1705
ABŞ-da 25 il əvvəl uşaq oğurlayan qadına hökm oxunub. 1987-ci ildə Nyu-York xəstəxanalarından birindən 3-həftəlik qız uşağını oğurlayan Ənn Pettuey 12 həbs cəzasına məhkum edilib. Bütün ölkədə maraqla izlənilən məhkəmə prosesi bu ilin fevralından davam edirdi. Ənn Pettuey onu bu addımı atmağa öz övladına sahib ola bilməməsinin və ana olmaq istəyinin sürüklədiyini etiraf edib.Həqiqəti isə 25 il yad qadın tərəfindən böyüdülən Ketlin Vayt ötən il özü aşkar edib. Gənc qızı anasının ona heç vaxt doğum haqqında şəhadətnaməsini ona göstərməməsi şübhələndirib. Müstəqil araşdırmalara başlayan Ketlin Vayt onlayn polis sisteminin köməyilə axtarışda olan uşaqların hazırki görünüşlərini təxmin edən şəkillər arasında özünü tanıyıb.

OXŞAR XƏBƏRLƏR