Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib

Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
DÜNYA
21:39 19.04.2026
198
Rəsmi Kiyev Türkiyədən Ukrayna lideri Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüşün təşkili imkanlarını nəzərdən keçirməsini istəyib.

Ukraynanın XİN başçısı Andrey Sibiqa bunu "Ukrinform" agentliyinə müsahibəsində bildirib.

"Biz Türkiyədən Zelenski ilə Putin arasında (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - red) və (ABŞ Prezidenti Donald Tramp- red) Trampın mümkün iştirakı ilə görüşün təşkili imkanını nəzərdən keçirməsini xahiş etmişik. Biz bu görüşə hazırıq", - Sibiqa deyib.

O, Türkiyə diplomatlarının işini yüksək qiymətləndirərək, onu çox səmərəli adlandırıb.

Bununla yanaşı nazir həmçinin qeyd edib ki, Türkiyə də Rusiya-Ukrayna münaqişəsinin həllində maraqlıdır.

/report
OXŞAR XƏBƏRLƏR