Uşaq oyun meydançaları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Uşaq oyun meydançaları ilə bağlı texniki reqlament təsdiq ediləcək
SOSİAL
18:59 15.05.2025
471
"Uşaq oyun meydançaları üçün avadanlıqların təhlükəsizliyi haqqında texniki reqlament” üzrə layihə ictimai müzakirəyə çıxarılıb.
Bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, ictimai müzakirə bitdikdən sonra layihə təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək.

Qeyd edək ki, "Uşaq oyun meydançaları üçün avadanlıqların təhlükəsizliyi haqqında texniki reqlament” "Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə uyğun hazırlanmış və uşaq oyun meydançaları üçün avadanlıqların və/və ya örtüklərin və onlarla əlaqəli layihələndirmə, istehsal, quraşdırma, istismar, saxlanma, daşınma və utilizasiya proseslərinin təhlükəsizliyinə dair tələbləri müəyyən edir.
OXŞAR XƏBƏRLƏR