Uşaqlar arasında dəhşətli virus yayılıb: Bu ölkədə 3 uşaq öldü

Uşaqlar arasında dəhşətli virus yayılıb: Bu ölkədə 3 uşaq öldü
DÜNYA
14:42 04.05.2022
469
Son vaxtlar dünyada sürətlə yayılan və mənşəyi məlum olmayan hepatit virusu daha 3 uşağın ölümünə səbəb olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, aprel ayında İndoneziyada üç uşaq sirli hepatitdən dünyasını dəyişib.

İndoneziya Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, aprel ayında ürəkbulanma, qusma, ishal, qızdırma və huşunu itirmə kimi simptomları olan uşaqlar paytaxt Cakartada xəstəxanaya yerləşdirilib. Mənşəyi məlum olmayan hepatit virusu (qaraciyərin iltihabı) aşkarlanan 3 uşaq xəstəxanada dünyasını dəyişib.

Bundan başqa, aprelin 25-də Sinqapurda xəstəxanaya yerləşdirilən 10 aylıq körpəyə hepatit diaqnozu qoyulub. Körpəyə 2021-ci ilin dekabrında da COVID-19 diaqnozu qoyulduğu qeyd edilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada ən azı 4 uşaq hepatitdən dünyasını dəyişib. ÜST tədqiqatçısı Dr. Philippa Easterbrook aprelin 29-da keçirdiyi mətbuat konfransında bu günə qədər 16 ölkədə 1 aydan 16 yaşa qədər 170 uşaqda hepatit virusunun aşkar edildiyini bildirib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR