Uşaqlar arasında yayılan xəstəliklə bağlı - Professordan açıqlama

Uşaqlar arasında yayılan xəstəliklə bağlı - Professordan açıqlama
SAĞLAMLIQ
14:02 23.12.2025
944
"Son vaxtlar uşaqlar arasında yayılan mövsümi xəstəliklərin əksəriyyəti soyuqdəymə xarakterlidir. Qərb təbabətində bu xəstəliklər "soyuqdəymə”, sovet təbabətində isə "kəskin respirator xəstəliklər” adlandırılır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O bildirib ki, bu xəstəliklər əsasən hava-damcı yolu ilə yayılır:

"Bu xəstəliklər əsasən hava-damcı yolu ilə yayılır. İnsanların bir-biri ilə təması infeksiyaya yoluxmaq üçün kifayətdir. Ümumilikdə, biz pandemiyadan çıxmışıq. İmmun sistemi bu müddətdə ciddi təlatümlərlə üzləşib. Məhz buna görə də infeksiyalar daha ağır keçir. Hazırda qrip və xüsusilə qripin A virusu daha geniş yayılıb. Quş qripi ilə bağlı müxtəlif iddialar səslənsə də, hazırda bu istiqamətdə heç bir rəsmi yoluxma halına rast gəlinməyib”.

İnfeksionist qeyd edib ki, koronavirus infeksiyası hələ də mövcuddur:

"Koronavirus infeksiyası hələ də mövcuddur. Respirator infeksiyalar, rinoviruslar və adenoviruslar da dövri olaraq yayılmaqda davam edir. Koronavirus pandemiyasından nəticə çıxarmalı və xəstəliklərdən qorunma yollarına daha ciddi yanaşmalıyıq. Xəstələndikdə müəyyən qaydalara əməl olunmalı, virusun başqalarına yoluxmaması üçün məsuliyyətli davranılmalıdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR