Aparıcı Xoşqədəm Hidayətqızı müğənni əri Doğuş ilə birlikdə Türkiyənin "Söylemezsem olmaz" proqramına qonaq gedib.
AZXEBER.COM axşam.az-a istinadən bildirir ki, "Beyaz TV"də yayımlanan verilişə qəfildən gələn cütlük aparıcıları təəccübləndirib.
Doğuş Bakıya tez-tez gedib-gəldiyini söyləyib:
"Uşaqları yanıma gətirdim, Türkiyədə mənimlə yaşayacaqlar. Seriala çəkilirəm. Orada Orxan obrazını canlandırıram".