"Uşaqlar vaxtından əvvəl ayılırlar" - Məktəblərdə cinsi tərbiyə dərsləri keçiriləcək

"Uşaqlar vaxtından əvvəl ayılırlar" - Məktəblərdə cinsi tərbiyə dərsləri keçiriləcək
SOSİAL
19:47 23.10.2018
5256
Azərbaycanda məktəblərdə cinsi tərbiyə dərsi tədris olunacaq. Artıq dərs vəsaitinin ilkin versiyası da hazırdır. Dərsin keçirilməsində məqsəd demoqrafik vəziyyəti qorumaq, infeksyon xəstəliklərin qarşısını almaq üçün reproduktiv sağlamlıq haqqında gənclərin biliklərinin artırılmasına nail olmaqdır.

AZXEBER.COM bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Pedaqoq Fərrux Rüstəmov deyir ki, bu tədris vəsaiti cinslər arasındakı gərginlikləri aradan qaldıra bilər: "Biz bunun fizioloji, biloji tərəflərini yox, pedoqoji hissəsini tətbiq etməliyik. Şagirdlər bir-birini necə dərk etsinlər. Düzgün münasibət qurmaq lazımdır".

Cinsi tərbiyənin həm də psixoloji tərəfi var. Məhz buna görə də, bu dərsliyi tədris edən müəllimlərin də üzərinə böyük yük düşür.

İlhamə Musaqızı - Psixoloq: "Biz bunu məktəbdə öyrətməliyik. Müəllim hərtərəfli olmalıdır. Müəllim pedaqoq olmalıdır, dost olmalıdır, psixoloq olmalıdır".

Amma apardığımız sorğuya əsasən, deyə bilər ki, bu dərsin tədrisi ilə bağlı valideynlər arasında zidiyyətli fikirlər var.

Sakin: "Bəyənmədiyim odur ki, uşaqlar vaxtından əvvəl ayılırlar".

Sakin: "Çox ağıllı fikirdir. Təsdiq olunub, həyata keçirilsə, sevinərik".

Təklifə əsasən, tədris vəsaiti "Biologiya" və "Həyat bilgisi" müəllimləri tərəfindən dərs kimi keçirilə bilər. Bu məsələdə həm pedaqoqun, həm də ailənin üzərinə müəyyən yük düşür. Ekspertlər deyir ki, mental dəyərləri keçə bilsək, bu dərsliyin müsbət təsiri ola bilər.

Fərrux Rüstəmov - Təhsil eksperti: "Burada söhbət hansısa intim münasibətdən getmir. Burada söhbət qızla oğlanın əxlaqı münasibətindən gedir. Biz qızlar üçün ideal oğlan, oğlanlar üçün ideal qız obrazı yaratmalıyıq. Əxlaqı ilə, sevgisi ilə nümunə olmalıdır".

İlhamə Musaqızı - Psixoloq: "Şagirdlərimiz var ki, məktəbdə o vəsaiti oxumur, evdə o vəsiti oxumur. Bu kimi hallar olduqda o uşaq o vəsatin nə olacağını bilməyəcək".

6-cı sinifdən başlayaraq tədris olunan reproduktiv sağlamlıq haqqında dərsə ümumilikdə 8 saatın ayrılması nəzərdə tutulub. Kitab yoxlanılması və tədrisi üçün Təhsil Nazirliyinə təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR