Uşaqları ilə birgə intihar edən gəlinin qayınanası prokurorluqda

Uşaqları ilə birgə intihar edən gəlinin qayınanası prokurorluqda
SOSİAL
16:25 28.07.2017
1162
 
Şəmkirin Zəyəm qəsəbəsində baş vermiş intihar hadisəsilə bağlı cinayət işi başlanıb. Məlumata görə, Mahmudova Pərvanə İlqar qızının iki azyaşlı övladı-Mahmudov Sənan Nəsrəddin oğlu və Mahmudova Səma Nəsrəddin qızını öldürmək həddinə çatdırması ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (intihar) maddəsilə cinayət işi başlanıb. 
 
Hüquq mühafizə orqanlarından Modern.az-a verilən məlumata görə, başlanan cinayət işi ilə əlaqədar zəruri istintaq tədbirləri həyata keçirilir, şahid ifadələri alınır.
 
Qeyd edilib ki, ifadəsi alınanlar içərisində Nəsrəddin Mahmudovun (P.Mahmudovanın həyat yoldaşı) bibisi Dursun Mahmudova və həyat yoldaşı da var. Onlar intihar etmiş gəlinin ögey qayınanası və ögey qayınatasıdır. 
 
 
Bildirilib ki, onların ifadəsi alındıqdan sonra sərbəst buraxılıblar. Eyni zamanda, hər iki şəxsin təkrar ifadə üçün  prokurorluğa çağırılacağı qeyd olunub.
 
Kənd sakinlərinin verdiyi məlumata görə, N.Mahmudov 5 yaşında olanda bibisi Dursun Mahmudova onu övladlığa götürüb. D.Mahmudovanın heç vaxt övladı olmayıb. Eyni zamanda onun şəkər xəstəsi olduğu deyilir. D.Mahmudovanın xasiyyətcə yaxşı insan olmadığı xüsusi vurğulanır:
 
"Dursun Pərvanə gəlin gələn gündən onu gözümçıxdıya salmışdı. Hər şeyin üstündə dava salırdı. Pərvanənin əri "Kamaz” şoferidir, kənddə yaşayır. Onun Rusiyada olması ilə bağlı yazılanlar həqiqətə uyğun deyil. Gündəlik yük daşıyır, ailəsini dolandırırdı. Heç nəyə ehtiyacları yox idi, bir sakitlikdən başqa. Dursun arvada görə qazandıqlarını da ürəklə yeyə bilmirdilər. Çünki hər dəfə, özü də heç nədən dava salırdı”.
 
Sakinlər Nəsrəddin Mahmudovun hazırda çox pis vəziyyətdə olduğunu deyir:
"Özü də onlar Pərvanəylə sevib ailə qurmuşdular. Bir gündə ailəsi yox oldu. Yoldaşı, iki balası canına qıydı. Onlarsız  Nəsrəddinin beli bükülüb, gözünün yaşı qurumur”.
 
İyulun 25-də saat 20 radələrində Dursun Mahmudova ilə aralarında məişət zəminində sözlü mübahisə etdikdən sonra Pərvanə Mahmudova iki azyaşlı uşağını götürüb, həmin qəsəbədə yaşayan atası evinə getmək adı ilə evdən çıxıb. O, bu zaman atası evinə deyil, dəmiryolunun Qovlar-Zəyəm mənzilinin 134-cü kilometrliyinə gəlib. Daha sonra özünü iki azyaşlı uşağı ilə birlikdə Böyük Kəsik-Bakı istiqamətində hərəkətdə olan sərnişin qatarının altına atıb. Hər üç şəxs hadisə yerində ölüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır