Ölkəmizin tanınmış pediatrlarından olan PhD Uzman Dr. Əli Quliyev AZXEBER.COM-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
DOSYE: Dr. Əli Quliyev 1980-ci ildə anadan
olub. 1998-2004-cü illərdə Türkiyə Cumhuriyyəti 19 Mayıs Universitetinin Tibb
fakültəsində, 2004-2009-cu illərdə Hacettəpə Universiteti Tibb fakültəsi İhsan
Doğramacı Uşaq Xəstəxanasında uzmanlıq təhsili alıb.2013-cü ildən Tibb Elmləri üzrə Fəlsəfə Doktorudur. Hazırda "Medera”
Hospitalda çalışan PhD Uzman Dr. Əli
Quliyev Azərbaycanın ən peşəkar pediatrları sırasında yer alır. Dəfələrlə ölkəmizi
beynəlxalq konfrans və simpoziumlarda təmsil edib.
-Gəlin etiraf edək ki, valideynlər uşaqlarının peyvənd
olunmasına ehtiyat edirlər. Məhz elə bu səbəbdən peyvənd olunmayan uşaqların
sayı kifayət qədərdir. Sizcə, uşaqlara peyvənd vurulmalıdırmı və
vurulmalıdırsa, niyə valideynlər bundan çəkinir?
-Bəli, reallıq ondan ibarətdir ki, əksər valideynlər
övladlarını peyvənd etdirməkdən çəkinir. Bəziləri belə iddialar səsləndirir ki,
peyvənd zərərli şeydir. Mən isə pediatr olaraq tam məsuliyyətimlə deyirəm ki, körpə
yaşlarında vurulan peyvənd onları gələcəkdə mümkün təhlükələrdən qoruyur. Peyvənd, vurulan insanı qorumaqla yanaşı həm
də onların daşıyıcılığını da əngəlləyir və beləliklə risk altındakı insanlar da
qorunmuş olur.
-Valideynlər əsasən AKDS peyvəndindən imtina edirlər.Niyə məhz AKDS?
-Təəssüf
ki, hələ də bəzi soydaşlarımız heç bir əsası olmayan fikirlərin təsir dairəsinə
düşürlər. Ümumiyyətlə, müasir səhiyyədə protokollar deyilən anlayış var. Bu nədir
və hansı anlam daşıyır? Hansısa internet sayt və sosial şəbəkədə yayılan
informasiya əsasında yox, məhz tibbi protokollar əsasında mühakimə yürütmək
olar. Tibbi protokolları yalnız həkimlər bilir. Bu mənada belə qaranlıq qalan məsələləri
də ilk növbədə həkimlə müzakirə etmək lazımdır. Türkiyədə işlədiyim dövrdən sizə
bir nümunə gətirim. Bu müddətdə bir dəfə olsun göy öskürək görməmişik. Orada
işlədiyim 5 il müddətində cəmi 1 dəfə bu vəziyyətlə qarşılaşmışdım ki, bu xəstə
də ərəb idi. Azərbaycanda isə demək olar hər gün 2 belə xəstə ilə qarşılaşırıq.
Göy öskürək dərman müalicəsinə tabe olmayan xəstəlikdir. 2 yaşdan aşağı
uşaqlarda ölüm riski var.Göy öskürəkdən qorunmağın yeganə yolu vaxtında buna
qarşı peyvənd etdirməkdir.
-Bəs
göy öskürək mikrobu gələcək ananın orqanizmində hansı fəsadlar yarada bilər?
-Göy
öskürək mikrobu hamilə qadınlar üçün də təhlükəlidir. Məsələn Avropada `Barama
strategiyası` yaradıblar. Hamila qadın doğuş etmədən öncə evdəki böyüklərə
azaldılmış dozada göy öskürək peyvəndi vurulur. Burada məqsəd anadan olan körpəni mümkün qədər göy
öskürək mikrobundan qorumaqdır. Təəssüf ki, cəmiyyətdəöskürən 100 böyükdən 20-i göy öskürəkdir. Böyük insanlarda olduğuzaman öskürəkdən başqaheç
bir əlamət olmur. Sadəcə quru öskürəklə özünü büruzə verir. Ancaq körpəyə
bulaşdığı zaman körpənin səhhəti ağırlaşır, ölümə və ya şikəstliyə gətirib çıxarda bilər. Göy öskürək xəstəliyi baxımından peyvənd olunması
vacib amildir.
-Belə
idddialar da var ki, peyvənd dünyanı cənginə alan "dərman şəbəkəsi”nin
fırıldağıdır və buna ehtiyac yoxdur. Buna münasibətiniz necədir?
-Biz indi cavan nəsilik. 1978-ci ilədək çiçək xəstəliyi
vardı.Təcrübəyə baxsaq görərik ki, o xəstəlikdən milyonlarla insanlar şikəst
qalıb və ya ölüblər. Lakin peyvənd nəticəsində1978-ci ildən bəri ümümiyyətlə bu
xəstəliyə rast gəlinmir. Digər birpoliomiyelit xəstəliyini nümunə göstərə bilərəm. Əvvəllər dünyada
milyonlarla uşaqlar bu xəstəlikdən şikəstqalıb. Lakin 1998-ci ildən bəri 2-3 ölkəni çıxmaq şərtilə
(Əfqanıstan,Pakistan) demək olar ki, bu xəstəliyə rast gəlinmir. Bunun da səbəbi
insanlara vurulan peyvəndlərdir.
-Onda
sualı bir az da konkretləşdirək. Peyvənddən imtina edən valideynlərin
övladlarını gələcəkdə hansı təhlükələr gözləyir?
-Tutaq
ki, peyvənd vurulmayan uşaq məktəbə gedir. Uşağın əlinə paslı mıx batır və ya
paslı kəsici alətlə zədələnir. Valideyn
dərhal təşvişə düşüb həkimə müraciət edir ki, sizcə uşağıma nə ola bilər? Tetanoz xəstəliyi bulaşa bilər ya yox? Belə
müraciətlər çox olur. Biz də deyirik ki, bu mümkündür. Bu xəstəlikdən insanlar
ölür və ya şikəst qalırlar. Halbuki zamanında peyvənd vurulsaydı, sadəcə
yuyulub təmizlənəcəkdi, başqa bir şeyədə ehtiyac qalmayacaqdı.Çünki bəzən də, peyvənd tapmaq çox çətin olur, bu zamanortaya
problemlər çıxır və nəticə faciəli olur.
-Hepatit
B peyvəndi anadan olan kimi vurulur. Bu nə dərəcədə düzgündür?
-Böyük
insanlar hepatit B xəstəliyinə yoluxarsa, 95%sağalır. 5 yaş altı uşaqlar yoluxarsa,95 faizhallarda xronikləşir. Buna görədə uşaq doğulan kimi peyvənd vurulur.
Məqsəd bunun baş verməməsi üçün qarşısını
qısa müddətə almaqdır. Düzdür valideynlər
narazılıq edir ki, əgər ailədə bu xəstəlik yoxdursa, hardan keçə bilər? Hepatit B xəstəliyinə tutulan 30 faiz
insanlarda bunun hansı yolla meydana gəldiyi
bugünə qədər tibbə məlum deyil. Bizim xəstələr var ki, nə ailədə, nə qohumlarında
bu xəstəlik var, ancaq uşağa Hepatit B xəstəliyi keçib. Bəzi risklər var ki,
biz onun qarşısını ala bilmirik. Bu baxımdan Hepatit B peyvəndini doğulan kimi
vurmaq vacibdir.
-Peyvəndlər
məcburi ya özəl olaraq qruplaşır. Bunların fərqi nədir?
-İnkişaf
etmiş ölkələrdə bütün peyvəndlər məcburidir. Əslində bizdən daha çox peyvənd vururlar. Biz isə ən azından valideynlərədeyirik
ki, özəl peyvəndləri (məsələn hepatit A,
su çiçəyi) sonra da vurdura bilərsiniz, amma heç olmasa məcburi peyvəndləri mütləq vurdurun ki,
uşaqlarınızı qorxulu xəstəliklərdən qoruya biləsiz. Bəzi valideynlər peyvənd vurulmamasını istədiyi halda, bəziləri isə bütün lazımı peyvəndləri
vurdurmaq istəyir.
-Özəl
peyvəndlər arasında meninqokok, rota virus, su çiçəyi və hepatit a peyvəndləri var…
- Qızılca
peyvəndindən bir zamanlar Avropada imtina
eləməyə başladılar. Keçən il Avropada 40000-ə yaxın insanda qızılca
görüldü. İnsanlar qorxuya düşdülər və hamını hətta təkrar peyvəndlədilər ki, xəstəlik
yayılaraq epidemiya şəklini almasın.Rotavirus 5 yaş altı uşaqlarda ən ağır fəsadlara
səbəb olan mikrobdur.Ölüm hadisələri çox görülə bilər.Bu peyvəndlə qoruna bilən
xəstəlikdir. Körpələrdə 6 ayadək 2 ya 3
dozada vurularaq tamamlanır. Suçiçəyi peyvəndi bizdə məcburi deyil özəl peyvəndi.Suçiçəyi
peyvəndinin xeyri odur ki, ya heç xəstəlik keçirməz, ya da çox yüngül dərəcədə
keçirər. Bir uşaq var ki, xəstəliyi 5 səpgi ilə keçirdir, bəzi uşaqlarda isə bədəndə 500 dənə səpgisi olur. Ağır dərəcədə
keçirtsə korluq, pnevmoniya, beynə vurub ensefalitə səbəb olabilər. Ancaq
peyvənd vurulduğu zaman bu risklər
aradan qalxır və sadəcə 1-2 səpgi ilə keçirdə bilir. Suçiçəyi peyvəndini 1 yaşından sonra vurulması tövsiyyə
olunur.
-İnsanlar arasında belə söz-söhbət gəzir ki
peyvəndin vurulması uşaqlarda şikəstliyə və iflicə səbəb olur. Xüsusən də göy öskürək peyvəndi. Bu
fikirə münasibətiniz necədir?
- Mən öz şəxsi təcrübəmə əsaslanıb deyirəm ki,
fəaliyyət göstərdiyim 15 il ərzində belə halla qarşılaşmamışam. Göy öskürək
peyvəndi isə 2 cür olur: tam hüceyrəli və zəiflədilmiş hüceyrəli. İnkişaf etmiş ölkələrin əksəriyyəti zəiflədilmiş peyvəndlərdən istifadə
edirlər. Tam hüceyrəli peyvənd hər hansı nevroloji problemi olan uşağa vurarlarsaşikəstlikdə verə bilər, ölümə də
səbəb ola bilər. Amma sağlam uşaqda ciddi fəsad törətməz. Zəiflədilmiş hüceyrəli peyvənd isə həm nevroloji qüsuru olan uşağa (əgər stabildirsə), həm də sağlam
uşağa vurula bilər. Buna görə dünyada
trend "Mümkün qədər həm uşağı qoruyaq, həmdə
zərər verməyək” istiqamətində gedir. Sadəcəpeyvəndləri zəiflətmək dünyaya
müəyyən maliyyə tələb edir. Bu baxımdan maddi
vəziyyətinə görə bəzi ölkələr zəiflədilmiştərcih edir, bəziləri isə tam hüceyrəli. Peyvəndlərin
vurulması vacibdir və bu gün üçün müasir təbabətin
tövsiyyə etdiyi peyvəndlər vurulmalıdır.
- Peyvənd nə zaman əks göstərişdir?
- Bizə çox müraciət edirlər ki, dövlət xəstəxanasında uşağın boğazına yaxşı baxılmadı, boğazı qızarıb, peyvənd vurandan sonra uşağım ağırlaşdı. Peyvənd ancaq bu hallarda əks göstəriş ola bilər:
Xəstəxanaya yatacaq qədər ağır xəstədirsə, peyvəndin tərkibindəki maddəyə qarşı ciddi reaksiyası varsa, nevroloji stabil olmayan xəstədirsə onda vurmaq olmaz.
Ancaq yüngül qızdırması, burun axıntısı, burun
tıxanıqlığı, mədə-bağırsaq infeksiyası, alergiyası varsa bunlar peyvənd üçün əks
göstəriş deyil.
-Bəzi
nevroloji xəstəliklər var ki, onlar 2
yaşından sonra özünü biruzə verir. Peyvənddə əks göstəriş olmaması üçün nevroloji
uşağı sağlam uşaqdan necə ayırd etmək olar?
-Onu
biz müayinə etdiyimiz zaman bilirik. Uşağın ətrafa reaksiyasına, başını dik
tutub tutmamasına, yaşına görə oturub
oturmamasına, əşyalara uzanmasına, əzələ tonusuna, refleksinə baxırıq.Əgər şübhə
görsək, dərhal nevroloqa yönəldirik. Onlar uşağın nevroloji baxımdan sağlam
olduğunu desələr, o peyvəndləri vururuq.
-Bəzi
uşaqlarda isə beyin iflici xəstəliyi var.
Bu statik xəstəlikdir. Yəni artıb azalan xəstəlik deyil, olmuş bitmiş bir hadisədir. Bu baxımdan beyin iflici xəstələrinə nevroloji olmasına baxmayaraq, bütün peyvəndlər
vurula bilər. Göy öskürək peyvəndi zəiflədilmiş
vurulmalıdır. O biri peyvəndlərində hamısı vurulması lazımdır, hətta belə
uşaqlara vurulması vacibdir. Əgər bu uşaqlargöy öskürək xəstəliyini keçirərsə, ölmə
ehtimalı yüksəkdir. Çünki əzələlərizəifdi, düzgün mikrobları təmizləyə bilməz, rahatlıqla öskürə bilməz və boğulub
ölə bilər.
Əgər nevroloji stabil xəstədirsə, epilepsiyası varsa və xəstəliyi kontrol altındadırsabu uşaqlar dərman qəbul etdiyi halda peyvənd oluna bilər.
Stabil olmayan nevroloji vəziyyət varsa yəni gedərək artan vəziyyətdirsə onlarda peyvəndi gözləyirik.
-Dövlət
xəstəxanalarında vurulan peyvəndlərin özəl klinikalarda vurulan peyvəndlərdən fərqi
nədir?
-Dövlət
xəstəxanalarında poliomielit damcı şəklində verilir. Özəllərdə isə bir iynə şəklində vurulur. Bu iynənin
daxilində AKDS, miningit, hepatit B və poliomielit var. Verilən poliomielit
damcı zəiflədilmiş canlı mikrobdur, iynənin
içində vurulan isə inaktivdir, yəni cansızdır. Əslində insanlarda birinci doz
poliomielitin mütləq iynə şəklində olması (inaktive poliomielit) tövsiyyə
olunur.Ona görə ki, uşağın immun sistemi yetəri qədər formalaşmayıbsa, bağırsaq
problemi varsa, o zəifləmiş canlı mikrob canlana, aktivləşə bilər, zəifliyini itirib güclənə bilər və sənuşağı qorumaq istərkən şikəst edərsən.Mümkün qədərilk poliomielit peyvəndinin inaktiv olması tövsiyyə olunur.
-Peyvənddən
sonra ən sıx görülən reaksiyalar nələrdir?
-Peyvənddən
sonra yerli şişmə, qızarma, qızdırma və 2-3 gün uşaq narahat, ağlağan ola bilər. Əsasən peyvənd
vurulduqdan sonra 15-20 dəqiqə müşahidə altında saxlanılır. Çox nadir hallarda
ağır şok görülə bilər.
-Peyvəndlər
məsləhət görülən vaxtdan gec vurula bilər?
-Nə
qədər tez vurularsa, xəstəlik riski o qədər az olar. Biz
bilsək ki, uşaq heç bir zaman xəstəlik
tutmayacaq, onda heç peyvənd etmərik.Ancaq biz bilmiriq ki, uşaq 6 ayında xəstələnəcək ya 10 ayında? Ona görəmümkün qədər qısa müddətdə uşağı
tez qorumağa çalışırıq, mikrob tutmamışbiz qoruya bilək. Peyvənd 3 yaşındada vurula bilər, gec qalma söhbəti
yoxdu sadəcə doza fərqi var.
-Son olaraq nə demək istərdiniz?
-Nəticə olaraq demək istəyirəm ki, peyvəndlərin vurulması vacibdir. Əgər valideyn bu haqda məlumat almaq istəyirsə, internetdə insanların yazdıqlarından deyil, dünyada bu sahəni yönəldən rəsmi saytlar var ki, onlardan məlumat alsınlar. Azərbaycanda da belə saytlar az deyil. Onlar dərindən araşdırsalar əmin olarlar ki, peyvənd vurulması vacib və qaçılmaz bir prosesdi. Yəni gəzən şaiyələrin əsassız olduğunu görərlər.