“Uşaqların ataları ilə vidalaşmasına icazə vermədilər” - Anarın 1-ci arvadı

“Uşaqların ataları ilə vidalaşmasına icazə vermədilər” - Anarın 1-ci arvadı
MAQAZİN
10:13 06.08.2018
10108
"Çox xahiş edirəm, imkan versinlər uşaqlarım bu gündən sonra gün görsün. Onsuz da onlar kifayət qədər zərbə alıblar. Anar haqq dünyasına qovuşsun. Söz söhbəti də yığışdırsınlar”.
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Axşam.az-a reper Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva deyib. 

Anjelika reperin ölümündə onu günahlandıran qayınanasının sözlərinə münasibət bildirib:

"Mən Allah deyiləm. Can verməmişəm ki, can da alım. Anar mənim alqışımla yaranmayıb ki, qarğışımla da ölsün. Bilmirəm, qayınanamın mənə qarşı məqsədi nədir. Ona qarşı pis olmamışam. Həmişə deyirəm, deyəcəm də, o da mənə qarşı pis olmayıb. Başa düşürəm, övladını itirmiş anadır. Amma mənim heç bir günahım yoxdur. Ev pulu almağımın da o videoya heç bir dəxli yoxdur. Əlimdə o videonun mənim yaymadığımı sübut edən sənədlər var. Bu sənədlər də hamıya təqdim olunacaq. Sübut yoxdur ki, mən kimisə şantaj eləmişəm. Mən kiməm ki, kimisə şantaj edim? Bəli, uşaqlarımın haqqını tələb etmişəm. Hansı qadın istəyər övladları küçədə qalsın? Bunu tək mən yox, o ailə də düşünməlidir. Oğlumun 10, qızımın 6 yaşı var, körpə deyillər. Hər şeyi başa düşürlər. Evdən məhrum eləmisiniz, vidalaşmağa da qoymadınız”.
A.Cəbiyeva yas mərasiminə getməmə səbəbini də açıqlayıb:

"Düzdür, getmədim. Çünki nə anası istədi, nə də atası. Rizvan müəllim uşaqların ataları ilə vidalaşmasına icazə vermədi. Uşaqları bundan da məhrum elədilər.  Bilmirəm məqsədləri nədir. Başımın üstə Allah var, Rizvan müəllim mənimlə pis danışmadı. Dedi ki, indi gəlmə. Qəbir üstə səni də, uşaqları da apararam. Orada gedib vidalaşarsız. Çünki yoldaşımın xasiyyətini tanıyıram. Mənə qulaq as, gəlmə. Ona görə də getmədim”.

Cəbiyeva Anarın ölüm xəbərini hələ də övladlarına demədiyini söyləyib:

"Anarın yadigar 2 övladı var. Biri anasının adını daşıyır, Şərqiyyə, digəri Tamerlan. Uşaqlarım ikinci dəfə atasız qaldılar. Düşünə bilmirəm ki, oğluma atasının öldüyünü necə deyəcəm. İki gündür içimdə qovruluram, üzünə baxa bilmirəm. Tamerlan Anarın yadigarı olaraq qalacaq, onun soyadını daşıyacaq”.

O, eyni zamanda bildirib ki, ailə həyatı qurandan Anar xəstə olub:

"Anamın evində saxlayıb onun müalicəsini mən etdirmişəm. Xəstəxanaları gəzmişəm. Həkimlər deyib ki, ona içki içmək olmaz. Dünən də atasına zəng vuranda dedim ki, qaraciyərini müalicə eləmişdiniz, nə oldu? O da dedi ki, içki içirdi. 3 il əvvəl qayınatamla da xəstəxanaya apardıq, bütün analizlərini verdik. Demişdim ki, Anar içmək olmaz sənə”.

Anjelika sonda keçmiş həyat yoldaşına Allahdan rəhmət diləyib:

"Anar elədiyini elədi. Haqq dünyasına qovuşdu. Allah günahlarını bağışlasın. Bundan sonra kimin başına nə gələcəyini bilmirik. Heç kim həyatdan sığortalanmayıb. Bundan sonra gərək elə yaşayaq ki, uşaqlar daha çox zərbə almasınlar. Ona görə söz-söhbəti yığışdıraq. Onsuz da ataları bunları küçədə qoydu getdi, bundan sonra onların haqlarını tapdalamaq nə dərəcədə düzgündür? Çox xahiş edirəm, mən nəvələrinizin anasıyam, bəsdirin. Başıma nələr gətirmədiniz. Bundan sonra mənə rahatlıq verin, uşaqlarımı böyüdüm. Hamımız ölüb gedəcəyik, o dünyada cavab verəcəyik. Kim kimə şər atırsa, yalan danışırsa, Allah qarşısında cavab verəcək. Qorxmurlar? Bəsdirin artıq. Qoyun, heç olmasa, ölən də öz yerini tapsın.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR