“Uşaqların sağlamlığını və sülhü qoruyaq” adlı tədbir həyata keçirilmişdir –FOTOLAR

SOSİAL
00:16 04.06.2016
1757
Cənab prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etdiyinə görə bu gün ilk dəfə olaraq , ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nümayiş etdirmək üçün “Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası” İctimai Birliyinin egidası altında “Uşaqların sağlamlığını və sülhü qoruyaq” adlı tədbir həyata keçirilmişdir.
Tədbirdə Ombusman- İnsan hüquqları üzrə müvəkkilin nümayəndələri Yeganə xanım Cəfərova və Müqalib müəllim Mahmudov, uşaqlarımızın müalicəsi ilə məşqul olan həkimlərimiz Prof. MirEldar Babayev və Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova, Sosial yönümlü Qeyri Hökumət Təşkilatların liderləri iştirak etdilər. Tədbirimizə qatıldığı üçün xüsusi təşəkkürümüzü “Bacarıqlı əlillər” İctimai Birliyinin rəhbəri Qubad Qasımova və Aybəniz Nəsirovaya bildiririk.
Tədbir hemofiliyalı və leykemiyalı uşaqların hazırladığı konsert proqramı çərçivəsində həyata keçmişdir.
Proqramda 35 uşağın çıxışı ilə müxtəlif ölkələr (Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Fransa, Almaniya, Yaponiya, Hindistan, Ukrayna, İngiltərə) təbliğ olundu, milli rəqslər və mahnılar, şeirlər ifa olundu. Sonda hemofiliya və leykemiyalı uşaqlar diplomlarla təltif edildi. 

OXŞAR XƏBƏRLƏR