Uşaqlarına əsəbləşən ana özünü bıçaqladı - Gəncədə

KRİMİNAL
20:33 25.01.2018
2333

Gəncədə bıçaqlanma hadisəsi olub.
 
AZXEBER.COM-un APA-ya istinadən verdiyi məlumata görə, şəhər sakini, 1990-cı il təvəllüdlü Qasımova Türkan Sahib qızı qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
 
Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumatagörə, qadın övladlarına əsəbiləşərək bıçaqla özünə xəsarət yetirib.
 
Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR