'Uşaqlıqdan mən qohumları parodiya edirdim' - MÜSAHİBƏ

MƏDƏNİYYƏT
00:05 11.06.2012
2308
“Mənim üçün rüşvətxorlar bizim ölkənin xarici düşmənlərindən daha pisdir. Düşmən bizi fiziki cəhətdən məhv etmək istəyirsə, rüşvətxorlar bizi mənəvi cəhətdən öldürürlər”
Məşhur “Parni iz Baku”nun rəhbəri Tahir İmanovun müsahibəsi.- “Eurovision-2012”nin Bakıda keçirilməsi Sizin üçün nə demək idi və gördüyünüz şou barədə təəssüratlarınız necədir?- Nə üşünsə həmişə əmin idim ki, belə bir beynəlxalq mədəni tədbir Bakıda da keçiriləcək və bizim ölkəmiz “Eurovision”a ən yaxşı şəkildə hazır olacaq. Belə də oldu, çünki hazırlıq işləri ilə Heydər Əliyev Fondunun əməkdaşları məşğul olurdular! Mənim üçün Fondun fəaliyyəti – yüksək brenddir.- Bəs, Sizi nə heyrətə saldı?- İşdə mənim əsas prinsipim – “lakoniklik – istedadın bacısıdır” şüarıdır. Mən muğamın, caz musiqisinin, şeirin uzanmasını sevmirəm. Burada hər şey dəqiqlik, konkretlik üzərində qurulmuşdu. Mahnı müsabiqəsi keçirilməzdən əvvəl deyirdilər ki, bu, siyasi müsabiqə olmayacaq. Mən ekranda Qarabağ atlarını və Səbinə Babayevanın ifasından əvvəl bizim Qarabağın mənzərələrini görəndə, səmimi deyirəm, gözlərim doldu. Axı əslən qarabağlıyam.- Buradan nə nəticə çıxır?- Hesab edirəm ki, “Eurovision-2012”nin Bakıda keçirilməsi – əsl qəhrəmanlıq idi! Azərbaycan tərəfdən bu müsabiqəni təşkil edənlərə milli qəhrəman adı vermək lazımdır.- Lorinin qələbəsi haqqında nə deyə bilərsiniz? Münsiflərlə razısınız?- Fikrimcə, mahnı və ifa gənclərin arzularına uyğun idi. Mübahisə etmirəm, ola bilsin, ifaçı yaşlıların zövqünə uyğun gəlmirdi. Şəxsən mən başqa ifaçların mahnılarını bəyəndim. Amma tamaşaçıların əksəriyyəti ona səs verdi və isveçli xanım qələbə qazandı.- “Buranovskiye babuşki”nin çıxışı barədə nə deyə bilərsiniz?- Səmimi desəm, onların çıxışını bəyənmədim. Fikrimcə, bu, yaxşı və məzəli ŞHK nömrəsindən başqa bir şey deyildi (gülür).- Arzularınızdakı Bakının simasını təsvir edərdiniz…- Bu gün bizdə hər şey yaxşıdır. Fikrimcə, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Amma istərdim ki, onun sakinlərinin xarakteri dəyişsin. Son zamanlar daha çox tərbiyəsizlik və mədəniyyətsizliklə daha çox qarşılaşırsan.- Bəs, xüsusən də sonradan möhtəkirlik yolu ilə, natəmiz bizneslə varlananların başlıca eyiblərindən biri olan – mənəviyyatın itirilməsi barədə nə deyə bilərsiniz?- Düşünürəm ki, natəmiz yolla varlananalarla dövlət mübarizə aparmalıdır. Mənim üçün rüşvətxorlar bizim ölkənin xarici düşmənlərindən daha pisdir. Düşmən bizi fiziki cəhətdən məhv etmək istəyirsə, rüşvətxorlar bizi mənəvi cəhətdən öldürürlər. Təəssüflə deməliyəm ki, mən də rüşvətxorluğa adət etmişəm. Xalq arasında buna yaxşı ad tapıblar – “şirinlik”.Postsovet məkanında çox gülmək dəbdə idi. Məsələn, Zadornov amerikalıları və onların dünyagörüşünü, ŞHK isə korrupsiyanı və günümüz üçün səciyyəvi olanları tənqid edir. “Bu şəhərdə” proqramı da eyni cür fəaliyyət göstərir. Səhnəyə kişi platarı geymiş qadınlar çıxır və onlara da gülürlər. Gülüş həddən artıq çox deyil ki? Bəlkə, yalnız gülüşlə cəmiyyətin qüsurlarını təmizləmək olar? Bu, “Ağıldan bəla” (Qriboyedovun əsəri – red.) komediyasındakı qalabəyinin öz cəmiyyətinin eyiblərini ifşa edən “Kimə gülürsünüz? Özünüzə gülürsünüz!” replikasını xatırlatmır ki? Bir dəfə ümummilli liderimiz Heydər Əliyev səhnədə “Bakılı oğlanlar” ŞHK-nın yumorunu izləyəndən sonra demişdi ki, “bu, artıq yumor deyil, satiradır”. O əlavə etmişdi ki, buna baxmayaraq, çoxları səhnədə yaradılan satirik obrazlara gülürlər, amma şəxsən ona gülməli deyil, o mənada ki, bəzi adamlar bundan nəticə çıxarmalıdırlar.- Sizə və Sizin ŞHK-lı həmkarlarınızadək, deyəsən, heç kəs cəmiyyətin qüsurlarına və məmurların şəxsən özlərinə parodiya etməyib…- Elədir! Səhnədən polisin, səhiyyə orqanlarının işini tənqid etməyə ilk dəfə “Bakılı oğlanlar”, sonra isə “Parni iz Baku”” başladı. Dövlət başçısına ilk parodiya edən də “KVN”çilər olub. Bəxtimiz gətirib ki, demokratik ölkədə yaşayırıq, insanların söz və ifadə azadlığı var. Fikrimcə, dövrümüzdə gülmək, sadəcə olaraq, vacibdir. Nə üçün? Çünki siyasətçilərin, bir çox dövlət məmurlarının izah edə bilmədiyi şeyləri “KVN”çilər izah edirlər. Bizim zarafatlarımızı yaxşı qəbul edirlər və onlardan hansısa nəticələr çıxarırlar. Belə çıxır ki, biz yumoristlər hansısa mənada xalqa xidmət edirik. Mən səbəbsiz gülüşün əleyhinəyəm. Kəskin gülüş lazımi hədəfə yönəlməlidir. Ətrafında zarafat edə biləcəyin konkret məqsəd olmalıdır.- İnternet, mobil telefon gənclərin həyatının bir hissəsini məşğul edir. Halbuki müasir insan tam harmoniyaya nail olmaq üçün bu vaxtı sənətlə tanışlığa həsr edə bilər. Necə düşünürsünüz, onların böyük sənətə maraq göstərməsi üçün neyləmək olar?- Düşünmürəm ki, bu məsələdə əsas rolu dövlət oynamalıdır. Burada öz sözünü birinci mərhələdə valideynlər, ikinci mərhələdə pdeaqoqlar deməlidir.- Amma valideynlər bu gün daha çox uşağın gəlcəək karyerasının qeydinə qalırlar. Mədəni inkişaf üçün az vaxt ayrılır və ya ümumiyyətlə, ayrılmır.- Bəli, valideynlər belə düşünürlər ki, onların uşaqları üçün kompyuteri və onun proqramlarını bilmək zəruridir, nəinki Kapelhausda “Ave Mariya”ya qulaq asmaq. Ondan başlamaq lazımdır ki, nəyi etmək olar, nəyi yox. Amma uşaqlıq vaxtlarımda bu cür məhdudiyyətlər aksiom kimi qəbul olunurdu. İndi tamam başqa vaxtdır və valideynlər tərbiyə məsələlərinə başqa cür yanaşırlar. Nəticədə bu, uşağın həddən artıq ərköyün böyüməsinə səbəb olur və hətta böyüklərə qarşı bir az ədəbsiz təzahürlərə səbəb olur. Mənə gəlincə, hələ də bilmirəm ki, kompyuteri necə işə salırlar, internetdən istifadə etmirəm. Heç bir sosial şəbəkədə yoxam. Amma bilirəm ki, “Parni iz Baku”nun adından hansısa natəmiz adamlar istifadə edir, onlar internetdə məmurların ünvanna təhqirlər yerləşdirirlər. “Bakılı oğlanlar” ŞHK-nın bütün üzvləri çoxdan prezidentə və dövlətə xidmət edən həyat istiqaməti seçiblər. Və saytlarda guya bizim adımızdan təhqiramiz zarafatlar peyda olanda inciyirik. Əgər bu materialları yerləşdirənlər belə cəsarətlidirlərsə, adlarını gizlətməsinlər, bizim adımızdan istifadə etməsinlər.- Gənc nəsli tərbiyə etmək lazımdır. Necə düşünürsünüz, bu məsələdə Rusiya məktəblərində istifadə olunan yeni fənn – dini mədəniyyətin əsasları və elitar etika dərsi bu məsələdə kömək edə bilərmi?- Düzünü desəm, mən məktəbdə belə bir fənnin tədris olunmasını eşitməmişəm. Amma dərindən düşünsək, nə üçün orta məktəblərdə belə bir fənn proqrama salınmasın? Fikrimcə, insan həyatında iman yer tutmalıdır, əgər bura cəmiyyətdə etikanı da, ümumi davranış normalarını da əlavə etsək, bu, mədəniyyətsizlik elementlərinin mövcud olduğu cəmiyyətimizdə aktual olardı.- Siz uşaqlıqdan səhnədə oynayırsınız. Oynamaq və zarafat etmək arzunuzu valideynləriniz və məktəbdəki ilk müəllimləriniz dəstəkləyirdimi?- Düşünürəm ki, məni heç kəs buna sövq etməyib. Uşaqlıqdan mən qohumları parodiya edirdim. Bir dədə qardaşımla evdə tamaşa qurmuşduq, babamın dostu, SSRİ xalq artisti Mehdi Məmmədov belə bir fikir söylədi: “Bu uşaqların böyük gələcəyi var. Böyük Stanislavski də belə başlamışdı”. Bunu mən bütün ömrüm boyu xatırladım.- “Bakılı oğlanlar” ŞHK kapitanı Anar Məmmədxanov siyasətlə məşğul olmağa başladı, Milli Məclisə seçildi. Siz necə, özünüzü bu yeni ampluada yoxlamaq istədinizmi?- Mən deyə bilmərəm ki, nə vaxtsa böyük siyasətə gələcəyəm. Amma həyatda hər şey ola bilər. Hələlik, bu barədə düşünmürəm. Bununla belə, vətəndaş kimi bu və ya digər məsələ ilə bağlı fikrimi ifadə edə bilərəm.- Deyirlər ki, hissləri təzələmək üçün imici dəyişmək və özünü yeni sahədə sınamaq lazımdır. Məsələn, film prodüseri olmaq. Sizin təcrübəniz var. “Məşədi İbad”ın müasir versiyasını çəkmisiniz. Və ya cəmiyyətimizin ziddiyyətlərini içıqlandıracaq yumorstik jurnal buraxa bilərsiniz.- Çəkdiyim filmlərə gəlincə, mən “Məhəllə”ni də çəkmişəm, fikrimcə, bu da tamaşaçılar arasında tanınır. Amma yeni film üçün zamanım yoxdur. Bizim həftəlik verilişlərimiz, üstəgəl Azərbaycan hüdudlarından kənarda gerçəkləşdirilən layihələr, üstəgəl kənarda korporativ sifarişlər çox zaman alır. Mənim üçün ev təəssüf ki, günün sonunda – gərgin işdən sonra – duş qəbul edib, yatmağa hazırlaşdığım otelə çevrilib.– Yeri gəlmişkən, yumoristik verilişlərə münasibətiniz necədir? Bir zaman belə verilişləri yerli telekanallarımızda tez-tez verirdilər. Nə üçün indi onlar bizdə populyar deyil?- Belə yumoristik oyunlara müsbət yanaşıram. Onlar həmişə səhnədə gerçəkləşdirilə biləcək yaradıcı ideyalarla zəngin olur. Amma oyunlar – zamanın töhfəsidir. Onlar müəyyən həyat mərhələsi üçün yaxşıdırlar. Məsələn, cins-varyonkalar mənim məktəb vaxtımda dəbdə idi, qısa müddət sonra unuduldular. Hər şeydə, o cümlədən, yumorda da dəb var. Əgər MDB ölkələrində keçirilən ŞHK oyunlarını müqayisə etsək, onlar ötən əsrin 60-cı illərdəkindən çox fərqlənirlər. amma bu qədər uzağa getmək lazım deyil. 90-cı illərin ŞHK-sini götürək. hansısa məzəli etüd göstərmək üçün onu dramaturji cəhətdən düzgün qurmaq lazım idi. Amma bu gün belə hazırlıqla qarşılaşmırıq. Hər şey belə baş verir: “Hörmətli tamaşaçılar, kitabxana və ya həyətdə hadisə” ifadəsi ilə başlayırlar və heç bir dramaturji əsas olmadan mizan-səhnə qururlar. Bizim vaxtımızda belə “özbaşınalıq” üçün komandanı səhnədən uzaqlaşdırardılar.- Siz “Uralskiye pelmeni” komandasının oyununu necə qiymətləndirirsiniz?- Bax onlar əla oynayırlar. Bu komandada hamı eyni dərəcədə istedadlıdır. Hətta düşünürəm ki, biz ruhən yaxınıq. Onlarda da bzidəki kimi sosial və siyasi tematika var. Amma bu komedi-klub deyil. Mən vulqar formada bayağılığı, dərin mənası olmayan yumoru sevmirəm. Buna görə də “Uralskiye pelmeni”nin bütün oyunları xoşuma gəlir və onları nəzərdən qaçırmamağa çalışrıam.- Bu komandanı Bakıya dəvət etmək fikriniz varmı?- Hələlik yoxdur, biz artıq görüşmüşük. Təəssüf ki, dil baryeri var. Rus dili artıq öz keçmiş aktuallığını itirir. Azərbaycanlılar öz uşaqlarını rus məktəblərinə verməklə fəxr edirdilər və ana dillərini unudurdular. Mən qızımın rus məktəbində oxumasının əleyhinə deyiləm. mənim üçün rus dili – böyük mədəniyyət, ədəbiyyat, tarixdir. Oxuduğum heç bir yazıçı mənim kumirim olan Fyodr Mixayloviç Dostoyevski ilə müqayisə oluna bilməz. Eyni zamanda xoşbəxtəm ki, bu gün doğma Azərbaycan dilimizə lazımi diqqət ayrılır. Azərbaycan dili uzun illər ərzində ölkəmizdə ikinci planda qalmışdı.- Sizin üçün “azərbaycanlı” anlayışı nə deməkdir?- Bu çox geniş anlayışdır. O, qandan daha çox, ruhla bağlıdır.- Azərbaycanda “Ziyalı” anlayışının bugünkü təfsiri ilə bağlı nə deyə bilərsiniz?- Bizim yazıçımız Çingiz Abdullayev çıxışında qeyd edib ki, Azərbaycanın uğurlarına sevinməyən ziyalıları “ziyalı” adlandırmaq olmaz. Mən də öz adımdan deyirəm ki, Azərbaycanın uğurlarına sevinməyən azərbaycanlılar mənim üçün etalon ola bilməzlər. Bizim uğurlarımıza sevinməyən kimdir? İlk növbədə düşmənlərimiz. Onlar mənim üçün Azərbaycan xalqının düşmənləridir. Nə üçün bəziləri düşmənin çaldığı havaya oynayırlar? Bu mənə aydın deyil!- Yayda harda dincəlməyi düşünürsünüz?- Mənim üçün yalnız iş var, istirahət üçün vaxtım yoxdur.Ann.az

OXŞAR XƏBƏRLƏR