xari

Usta işlədiyi evdə qəfildən dünyasını dəyişdi

SOSİAL
22:45 17.04.2021
1303
Mingəçevir şəhərində usta işlədiyi həyətdə ölüb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə balıq zavodu yaxınlığındakı fərdi təsərrüfatlardan birində baş verib.

Həmin ünvandakı tikilidə usta kimi çalışan 1959-cu il təvəllüdlü şəhər sakini Məhyəddinov Gülağa Gülməmməd oğlu iş başında qəfil keçinib. Əldə edilən məlumata görə, mərhum ürək xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı şəhər Prokurorluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR