"Utanın, sizin də ananız, bacınız var..." - Səbinə

"Utanın, sizin də ananız, bacınız var..." - Səbinə
MAQAZİN
15:17 25.09.2018
5808
Xəbər verdiyimiz kimi, mərhum rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə ötən həftə Azərbaycandan köçüb. 

AZXEBER.COM xəbər verir ki, Səbinə ünvanına deyilən tənqidlərdən yorulduğunu söyləyib:

"Allah həqiqətən də hər şeyi görür. Hərə bir ağızdan avaz dedi. Utanın... Bəzi şərhləri oxudum, doğrudan da düz edib getmişəm. Heyif, çox heyif... Utanın, sizin də ananız, bacınız, qız övladınız var. Sabahı necə olacaq bilirsiniz? Neçə gündür kənardan baxırdım. Üzüldüyüm tək vətənimdən uzaq olmuşam və sevdiklərimi az görməyimdir".

Qeyd edək ki, vizajist kimi fəaliyyət göstərən Səbinə oğlu Seyid Əli ilə birlikdə Türkiyəyə köçüb.
OXŞAR XƏBƏRLƏR