Uğur formulu - Mövlud Möhbalı: Azərbaycanın səsiyik, axı, necə susa bilərik?!

Uğur formulu - Mövlud Möhbalı: Azərbaycanın səsiyik, axı, necə susa bilərik?!
GƏNCLİK
17:45 06.12.2013
1802

Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş "facebook" səhifəsində gənc yaşda uğur qazanmış şəxslərin müsahibələri yayımlanmağa davam edir. 

AZXEBER.COM xəbər verir ki, bu dəfə səhifənin qonağı Fransanın Paris 11 Universitetində “Müəssisələrin idarəedilməsinə kompüter elmlərinin tətbiqi” ixtisası üzrə magistr pilləsində təhsil alan Mövlud Möhbalı olub. O  bundan öncə “2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Paris 11 Universitetinin “Kompüter elmləri və riyaziyyat mühəndisliyi” fakültəsində bakalavr təhsili alıb. ASAIF-in (Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun) İdarə Heyətinin üzvü və Fransa üzrə təmsilçisidir. Bir müddət Parisdə müəllim kimi çalışıb, “Etude-Plus” özəl məktəbində fransız və digər əcnəbi şagirdlərə riyaziyyatdan dərs deyib.

Həmin müsahibəni təqdim edirik: 

-5 illik Fransa təhsili həyatınıza necə təsir edib, dəyişikliklər varmı?

-Fransada təhsil həyatımı iki yerə bölmək istərdim. Birincisi, həyatımda yeni bir ölkəni, insanlarını, dilini kəşf etməyə başladığım Besançon şəhəri dövrü, ikincisi, təhsilimi paytaxt Parisdə, Fransanın ən böyük universiteti olan Paris 11-də davam etdirdiyim mərhələ. Bu yerlər mənə dünyagörüşümü artırmağa, müasir texnologiyalara yiyələnməyə, onların öz ölkəmdə tətbiq imkanlarını araşdırmağa kömək etdi. Həyatıma yeni insanlar, dostlar daxil oldu. Bir sözlə, dəyişiklik çoxdur.

-Sizi həm də fəal gənc kimi tanıyırıq, “Xocalıya Ədalət”, işğalçı Ermənistan əleyhinə yürüşlərdə hər zaman Mövlud görünür. Fransada bunları etmək çətin deyil ki?

-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını, işğalçı dövlət tərəfindən məruz qaldığımız haqsızlıqları, ölkəmizin mədəniyyətini Fransada tanıtmaq bizim borcumuzdur. Bu işə çətin, yoxsa asan olması mövqeyindən yox, vətəndaşlıq borcu kimi yanaşmaq lazımdır. Vətəndə bizə Azərbaycanın Avropadakı səsi kimi baxırlar, axı, necə susa bilərik?! Bacardığım qədər bu işə öz töhfəmi vermək istəyirəm. Fransadakı Azərbaycan Səfirliyinin. YUNESKO-nun tədbirlərində də yaxından iştirak etməyə çalışıram. Əlbəttə, Azərbaycanı layiqincə təmsil etməyin ilk yolu mükəmməl təhsil almaq, öz peşəsində professional kimi formalaşmaqdır. Buna nail olmaq istəyirəm.

-Fransa təhsil sisteminin hansı üstünlükləri var?

-Fransa təhsil sistemi daha çox araşdırmağa yönəlik, yeniliklərə açıq olması ilə seçilir. Tələbələrə daha çox sərbəstlik və məsuliyyət verilir. Fransada elmlə məşğul olmaq üçün çox sayda elmi vəsaitlər, kitabxanalar, araşdırma mərkəzləri, laboratoriyalar var. Bir sözlə, elmə yiyələnmək istəyən şəxs üçün hər cür şərait var. Sevinirəm ki, artıq Azərbaycanda da xaricdə elm brendi olacaq universitetlər formalaşır.

-Paris 11 Universitetinin Cüdo üzrə yığma komandasının heyətində VII Beynəlxalq Cüdo çempionatında qaliblər sırasında da olmusunuz. Cüdoya maraq haradandır?

-Tələbəlik illəri şəxsin öz gələcəyini istədiyi kimi qurmaq üçün əldə etdiyi gözəl bir şansdır. Gözəl bir gələcək isə həm də sağlamlığımızı qoruduğumuz halda qurulur. Məhz bu qaydanı üstün tutaraq, Bakıda orta məktəb vaxtlarından idmana böyük marağım olub, çoxlu “Diplom”lar da almışam. Bu da onun ardı idi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident İlham Əliyevin ABŞ səfəri: Yeni geosiyasi reallıqların təntənəsi təhlil
17:03 06.08.2025
Prezident İlham Əliyevin ABŞ səfəri: Yeni geosiyasi reallıqların təntənəsi təhlil
Rəqsanə yeni mövsümdən aparıcılıq edəcək
16:57 06.08.2025
Rəqsanə yeni mövsümdən aparıcılıq edəcək
16 yaşında varlanan qadının başına görün nələr gəldi
16:46 06.08.2025
16 yaşında varlanan qadının başına görün nələr gəldi
İraqın neft naziri: "Ceyhan boru kəməri ilə ixrac yaxın günlərdə bərpa olunacaq"
16:46 06.08.2025
İraqın neft naziri: "Ceyhan boru kəməri ilə ixrac yaxın günlərdə bərpa olunacaq"
Putinin köməkçisi Uitkoffla danışıqları faydalı və konstruktiv adlandırıb
16:27 06.08.2025
Putinin köməkçisi Uitkoffla danışıqları faydalı və konstruktiv adlandırıb
Dağıstanda müğənnini döyərək öldürdülər
16:24 06.08.2025
Dağıstanda müğənnini döyərək öldürdülər
"Balenciaga"nın ilk modeli vəfat etdi - FOTO
16:15 06.08.2025
"Balenciaga"nın ilk modeli vəfat etdi - FOTO
Ramananın bəzi ərazilərində işıq olmayacaq
16:06 06.08.2025
Ramananın bəzi ərazilərində işıq olmayacaq
Qəzzada ölənlərin sayı 61 158 nəfərə çatdı
15:39 06.08.2025
Qəzzada ölənlərin sayı 61 158 nəfərə çatdı
Onlayn mərc və qumar oyunları təşkil edən mütəşəkkil dəstələr ifşa edildi - Əməliyyat görüntüləri
15:37 06.08.2025
Onlayn mərc və qumar oyunları təşkil edən mütəşəkkil dəstələr ifşa edildi - Əməliyyat görüntüləri
Sabirabaddakı hadisə süni intellekt aparıcını da dəhşətə gətirdi - VİDEO
15:33 06.08.2025
Sabirabaddakı hadisə süni intellekt aparıcını da dəhşətə gətirdi - VİDEO
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
15:27 06.08.2025
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
Farah yeni sevgilisi ilə tərəf müqabili olacaq
15:24 06.08.2025
Farah yeni sevgilisi ilə tərəf müqabili olacaq
Bu şəxslərə Qarabağa getmək üçün icazə avtomatik veriləcək
15:21 06.08.2025
Bu şəxslərə Qarabağa getmək üçün icazə avtomatik veriləcək
Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
15:14 06.08.2025
Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
Vaşinqton görüşündən gözləntilər nədir? - ABŞ Zəngəzur dəhlizinə nəzarətin təmin olunması üçün...
15:11 06.08.2025
Vaşinqton görüşündən gözləntilər nədir? - ABŞ Zəngəzur dəhlizinə nəzarətin təmin olunması üçün...