'Uğurlu İnqilablar olmur...' kitabının təqdimatı oldu - FOTOLAR

GƏNCLİK
23:03 08.05.2012
1536
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının növbəti il dönümü ərəfəsində 8 May 2012-ci il tarixində Strateji Araşdırmalar Mərkəzində millət vəkili Elmira Axundova tərəfindən yazılmış “Uğurlu İnqilablar olmur...” kitabının ictimai müzakirəsi keçirilmişdir. Birliyin mətbuat xidmətinin rəhbəri Nəzakət Əliyevanın AZXEBER.COM-a verdiyi məlumata görə, görüşdə müxtəlif universitetlərdə təhsil alan 50 nəfərə yaxın“İRƏLİ” fəalları və "Siyasi Akademiya" layihəsinin iştirakçıları iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev qonağı və iştirakçıları salamlamış, kitabda qeyd olunan məsələlərin önəmi və gənclərin bu kitabdan necə bəhrələnə biləcəyi barədə danışmışdır.

Daha sonra millət vəkili Elmira Axundova Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında qısa məlumat vermiş və müstəqilliyin ilk illərində eləcə də on illər ərzində Azərbaycan və regionda baş verən siyasi prosesləri təhlil etmişdir.

Tədbir ümumilikdə diskussiya şəklində davam etmiş, iştirakçıları maraqlandıran suallar millət vəkili tərəfindən cavablandırılmış və kitabda toxunulan məsələlər müzakirə olunmuşdur.

Sonda millət vəkili görüşün gözlədiyindən də çox maraqlı keçdiyini vurğulamış və qeyd etmişdir ki, insanın ən böyük silahı onun hər zaman mütaliə etməsidir: “Mütaliə insanın dünyagörüşünün formalaşmasına, daha da inkişaf etməsinə təkandır. Çalışın məlumatı əldə edərkən bir mənbə ilə məhdudlaşmayın”.

Qeyd edək ki, müəllif kitabda özündə mövzunu əhatə edən publisistik məqalələrini toplamışdır. Kitabın əsas auditoriyası olaraq vurğulanan mövzu ilə maraqlanan tarixçilər, siyasətçilər və ən əsası gənclər təşkil edir.

OXŞAR XƏBƏRLƏR