"Uğurlu qadın" Aysel Nuriyeva: "Hər qadın öz həyatının dizayneridir"

"Uğurlu qadın" Aysel Nuriyeva: "Hər qadın öz həyatının dizayneridir"
MARAQLI
16:24 21.10.2025
1342
AZXEBER.COM-un "Uğurlu qadın" layihəsinin qonağı "Moonlinebaby” yerli uşaq geyimi brendinin təsisçisi Aysel Nuriyevadır. 
 
- Layihəmizin adı "Uğurlu qadın”dır. Özünüzü uğurlu qadın hesab edirsiniz?

- Bəli. Mən bir qadın olaraq istədiklərimi həyata keçirə bilirəmsə, bu, mənim üçün uğurdur. Çünki sevdiyim işlə məşğul oluram və bu, məni xoşbəxt qadın edir.

- Necə oldu ki, biznes açmaq qərarına gəldiz?

- Uşaqlıqdan geyimlərə marağım var idi. Ana olduqdan sonra isə qızlarım üçün rahat, zövqlü və fərqli geyimlərə daha çox ehtiyac gördüm. Bu da məni atelye açmağa ilhamlandırdı.

- Rəhbəri olduğunuz atelyenin fəaliyyəti haqda məlumat verərdiniz...

- Atelyemiz əsasən qız uşaqları üçün geyimlər hazırlayır.Burada həm gündəlik geyimlər, həm də xüsusi günlər üçün modellər hazırlayırıq. Ən böyük məqsədimiz qızlarımız üçün özəl, rahat və zövqlü görünüş bəxş etməkdir.
 


- Uşaq geyimləri sahəsində ən böyük fərqliliyiniz nədir?

- Uşağın rahatlığına diqqət edirik, eyni zamanda hər modeldə incə bir zövq və əl işini görmək mümkündür.

- Geyim hazırlayarkən daha çox valideynlərin istəyini nəzərə alırsınız yoxsa uşaqların?

- Əslində hər ikisini. Valideynlərin istəklərini nəzərə alırıq, amma əsas diqqət uşaqların rahatlığına yönəlib. Çünki uşaq özünü rahat hiss etmirsə, geyimin gözəlliyinin də mənası qalmır.

- ⁠⁠⁠⁠⁠⁠Gələcəkdə atelye ilə bağlı hansı fikirləriniz var?

- Gələcəkdə daha böyük bir uşaq geyim mağazası açmaq və brendimizi daha geniş auditoriyaya təqdim etmək istəyirəm. Məqsədim odur ki, atelyemizin adı həm ölkə daxilində, həm də xaricdə tanınsın.

- Uğurlu iş adamısınız. Bəs həyatda özünüzü xoşbəxt qadın hesab edirsiniz?

- Bəli, özümü xoşbəxt hesab edirəm. Çünki sevdiyim işlə məşğulam, övladlarım və ailəm yanımdadır.

- Bu işdə həyat yoldaşınız sizə dəstək olurmu?

- Bəli, mənim ən böyük gücüm ailəmin dəstəyidir. Bu dəstəyi hiss etmək qadın üçün çox böyük gücdür.

- Deyirlər hər uğurlu kişinin arxasında bir qadın olur, bəs uğurlu qadının? ⁠

- Məncə uğurlu qadının arxasında həm ailəsi, həm də öz iradəsi dayanır. Ən əsası isə qadının öz gücünə inanmasıdır.

- Gənc xanımlara nə məsləhət görərdiniz⁠⁠⁠.

- Heç vaxt öz xəyallarınızdan imtina etməyin. Çətinliklər olsa da, əgər sevdiyiniz işi görürsünüzsə, bu sizi həm xoşbəxt, həm də uğurlu edəcək. Öz gücünüzə inanın. Hər qadın öz həyatının dizayneridir. Mən "Moonlinebaby” vasitəsilə uşaqların geyimlərini bəzəyirəm, amma əslində bu iş mənim həyatımı da rəngləndirib. Arzum budur ki, hər qadın sevdiyi işi tapsın və onu sevgi ilə böyütsün.
 

OXŞAR XƏBƏRLƏR