Kanal D-nin sevilən serialı "Uzak Şehir"in ikinci sezonu maraqla gözlənilərkən serialda kadr dəyişikliyi baş verib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda "Ümmü" obrazını canlandıran Zeynep Kankonde ailəvi səbəblərə görə layihədən ayrılıb.
Onun yerinə Banu Fotocan yeni mövsümdə "Ümmü" obrazını canlandıracaq.
Fotocan son olaraq "Gələcək üçün məktublar" filmində rol alıb.
Xatırladaq ki, serial sentyabrın 15-i 29-cu bölüm ilə mövsümə başlayacaq.
Aysel