Əməkdar incəsənət xadimi Məlahət Abbasova Cəbrayıl rayonuna yollanıb.
AZXEBER.COM xəbər verir ki, aktrisa doğulub boya-başa çatdığı rayonun Daşkəsən kəndində olub. Abbasova bu barədə instaqram hesabında məlumat verib.
Sənətçi izləyiciləri ilə bölüşdüyü görüntülərdə "Sənə şükürlər olsun, Allahım. 30 il işğal altında qalan anamın vətəni - Cəbrayıl rayonu, Daşkəsən kəndi. Bakı-Zəngilan dəmir yolu. Oturduğum yer anamgilin dağılmış evinin qapısıdır" sözlərini qeyd edərək doğma rayonu üçün illərdir çəkdiyi nisgilini dilə gətirib. Bu zaman Abbasova göz yaşlarına hakim ola bilməyib.
Ətraflı vidoeda: