Vüqar Nadirov: "Bu qolları qayınatamla qayınanama həsr edirəm"

İDMAN
08:02 01.07.2011
2087

- Oyunun bu cür hesabla nəticələnəcəyini gözləyirdin?

- Düzü, matça çox ciddi hazırlaşmışdıq. Adətən, zəif rəqiblərə qarşı oynamaq çətin olur. Şükürlər olsun ki, çox yaxşı çıxış etdik.

- «Banqa»nı son iki ildə Avropada qarşılaşdığınız rəqiblər arasında ən zəifi hesab etmək olar?

- Yox, elə demək olmaz. Bütün komandalar bərabərdir. İndi Avropada zəif rəqib yoxdur.

- Son vaxtlar yaxşı formadasan. Bu gün də iki qola imza atdın.

- Mən qol vuracağımı gözləyirdim. Hər məşqdə səylə çalışırdım. İki-üç qol vurmaq istəyirdim. Çalışıram ki, əlimə düşən bütün imkanlardan maksimum istifadə edim.

- Son üç ildir ki, Avroliqada qol vurursan, amma ölkə çempionatında elə bil tilsimə düşmüsən. Bu, nə ilə əlaqədardır?

- Öz üzərimdə ciddi çalışıram. Ola bilər ki, Avropa oyunlarına xüsusi motivasiya ilə hazırlaşırıq, ona görə qol vururam. Amma çalışacağam ki, çempionatda da qolları sıralayım.

- Ötən il komanda yoldaşın Əfran İsmayılov Avroliqada beş qol vurdu. Sən isə bu il artıq iki qola imza atmısan. Hədəfin nədir?

- Hədəfim yaxaladığım bütün imkanları qola çevirməkdir.

- Cavab oyunundan gözləntilərin nədir?

- İnşallah, ciddi hazırlaşacağıq. Bugünkü oyunu unudacağıq və təkrar qarşılaşmaya elə çıxacağıq ki, sanki ümumi hesab 0:0-dır.

- Litvalı jurnalistlər ilk qolunu «fantastika» adlandırıblar. Oyunun Azərbaycanda yayımlanmadığını nəzərə alsaq, həmin qolu təsvir edə bilərsən?

- Künc zərbəsindən topu Adamiyaya ötürdüm, sonra o, topu mənə qaytardı. Mən isə topu uzaq doqquzluğa göndərdim.

- Nəhayət, bu qolları kimə həsr edirsən?

- Qayınatamla qayınanama. Çünki bu gün onların evləndikləri günün növbəti ildönümüdür.

OXŞAR XƏBƏRLƏR