Vadji ilk oyununda "Sent-Etyen"i məğlubiyyətdən xilas etdi - VİDEO

İDMAN
15:37 06.09.2022
361
"Qarabağ"ın sabiq futbolçusu İbrahima Vadji "Sent Etyen"in heyətində debüt edib.

AZXEBER.COM Fanat.az-a istinadən xəbər verir ki, Fransa Liqa-2-də çıxış edən "Sent Etyen" səfərdə "Pau" ilə qarşılaşıb.

Seneqallı hücumçu 66-cı dəqiqədə əvəzetmədən meydana daxil olub.

84-cü dəqiqədə hakim Vadjiyə qarşı kobudluğa görə meydan sahiblərinin qapısına penalti təyin edib və beləliklə, "Sent-Etyen" məğlubiyyətdən qurtulu - 2:2.

7 oyundan sonra 4 xal toplayan "Sent Etyen" 20 komanda arasında 19-cu yeri tutur.

OXŞAR XƏBƏRLƏR