Vahid Ələkbərov "LUKOYL"un 1 milyard rublluq səhmlərini əldə edib
DÜNYA
11:56 05.09.2017
1028
"LUKOYL" şirkətinin rəhbəri Vahid Ələkbərov birjadankənar bazarda şirkətin 300 min ədəd adi səhmini 879,3 milyon rubla əldə edib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilir.
Beləliklə, V.Ələkbərovun "LUKOYL"-da payı 2,429%-dən 2,464%-dək artıb.
Qeyd edək ki, sirkətin əsas sahibləri V.Ələkbərov və vitse-prezident Leonid Fedundur. V.Ələkbərov neft-qaz şirkətinin 22,96% , L.Fedun isə 9,78% səhmlərin sahibidir.