Vahid Ələkbərov varidatı artan rusiyalı milyarderlərin ilk beşliyində - SİYAHI

MARAQLI
16:18 01.11.2021
339
"LUKoil” şirkətinin rəhbəri Vahid Ələkbərov ilin əvvəlindən bəri varidatı artan rusiyalı zənginlər arasında ilk beşlikdədir.

Bu barədə məlumat dünyanın ən varlı 500 adamının daxil olduğu "Bloomberg Billionaires Index”in (BBI) reytinqində öz əksini tapıb.

Məlumata görə, onun sərvəti nəzərəçarpacaq dərəcədə - 7,25 milyard dollar artaraq (12,2 milyard manat) 24,5 milyard dollara (41,6 milyard manat) çatıb.

"LUKoil” şirkətinin rəhbərindən əlavə ilin əvvəlindən bəri sərvəti artan rusiyalı zənginlər arasında ilk beşlikdə NLMK qrupunun idarə heyətinin sədri və əsas səhmdarı Vladimir Lisin (dördüncü yer), "Severstal”ın əsas rəhbəri  Aleksey Mordaşov (üçüncü yer), "Norinikel” mədən-metallurgiya şirkətinin rəhbəri Vladimir Potanin (ikinci yer) və "Novateka”nın həmsahibi Leonid Mixelsonun (birinci yer) adı var.

OXŞAR XƏBƏRLƏR