Vaksinasiya olunan Vladimir Putinin durumu açıqlandı

Vaksinasiya olunan Vladimir Putinin durumu açıqlandı
DÜNYA
15:43 22.11.2021
413
Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı üçüncü doza (buster) peyvəndi vurdurduqdan sonra özünü yaxşı hiss edir.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov noyabrın 22-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, dövlət başçısı "Sputnik Light”la ("Sputnik layt”) aşı olunub.

D.Peskov əlavə edib ki, V.Putin hazırda iş başındadır: "O indicə görüşü keçirib”.

Məlumata görə, Rusiya Prezidenti bu yaxınlarda revaksinasiya olunub.
 
///Report
OXŞAR XƏBƏRLƏR