Vaksinlər koronavirusun yeni ştammlarına necə təsir edir? - Baş infeksionistdən açıqlama

Vaksinlər koronavirusun yeni ştammlarına necə təsir edir? - Baş infeksionistdən açıqlama
SOSİAL
16:05 11.02.2021
546
"Dünya üzrə koronavirusun mutasiyalarının sayı artır. Bununla nəzəri olaraq virusun xüsusiyyətləri dəyişir”. 

AZXEBER.COM-un məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib. 

Onun sözlərinə görə, qeydə alınan yeni ştammlar indiki vəziyyətdə istehsal olunan vaksinlərə tabe olurlar: 

"Gələcəkdə xəstəliklə bağlı vəziyyətin necə olacağını demək çətindir. Əgər hər kəs pevləndlənsə, xəstəlik sönəcək”. 

O əlavə edib ki, bugünkü peyvəndlər təsirli olmasa, yeni peyvəndlərin də hazırlanması labüd ola bilər:

"Vaksinlər tam qorumasa da, virusa yoluxan şəxs xəstəliyi yüngül keçirə bilər”.
OXŞAR XƏBƏRLƏR