"Valensiya" "Kral Kuboku" oyununun təxirə salınmasını istəyib

İDMAN
18:56 30.10.2024
261
İspaniyanın "Valensiya" kollektivi "Kral Kuboku" oyununun təxirə salınmasını istəyib.

Klub bununla bağlı İspaniya Futbol Federasiyasına müraciət ünvanlayıb.

Klub rəhbərliyi Valensiya şəhərində baş verən qasırğa səbəbindən aşağı dəstə təmsilçisi "Parla Eskuela" ilə matçın başqa tarixə keçirilməsini istəyib.

Qeyd edək ki, "Valensiya" - "Parla Eskuela" qarşılaşması bu gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
 
///report

OXŞAR XƏBƏRLƏR