Valerien İsmael "Blackburn Rovers"in baş məşqçisi oldu

İDMAN
19:45 26.02.2025
344
İngiltərə çempionatının komandalarından olan "Blackburn Rovers" 2022-ci ildə "Beşiktaş"ı 8 ay məşq elətdirən Valerien İsmaili baş məşqçi təyin edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, liqada pley-offa vəsiqə uğrunda mübarizə aparan İngiltərə komandası sonuncu dəfə "Uotford”un əşqçisi olan 49 yaşlı İsmaili ilə 2,5 illik müqavilə imzalayıb.
 
"Biz Valerien İsmailin yeni baş məşqçimiz təyin olunmasını məmnuniyyətlə elan edirik. Fransız məşqçi klubumuzla 2028-ci ilin iyun ayına qədər uzunmüddətli müqavilə imzalayıb və şənbə günü Ewood Parkda keçiriləcək ilk matçında komandaya rəhbərlik edəcək", - klubun açıqlamasında deyilir.
 
Xatırladaq ki, Valerien İsmaili daha əvvəl Barnsley, Vest Brom, Beşiktaş və Vatford və Uotford komandalarının baş məşqçisi olub.

Aysel
OXŞAR XƏBƏRLƏR