Valideynlər uşaqlara görə dava etdi - Bıçaqlanan var

Valideynlər uşaqlara görə dava etdi - Bıçaqlanan var
SOSİAL
10:18 03.09.2018
3470
Hacıqabul rayonunda uşaqlar arasında yaranan mübahisə valideynlərin davasına səbəb olub.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə Atbulaq qəsəbəsində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü İsrafilov Azad Bəybala oğlu həyətdə oynayan oğlununun qonşuluqda yaşayan uşaq tərəfindən döyüldüyünü görüb. O, həmin uşağı tənbeh edib. Bu zaman dava edən uşağın atası A.İsrafilova iradını bildirib. O, bundan sonra A.İsrafilovun ürək nahiyəsinə iki bıçaq zərbəsi vurub. 

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR