Beynəlxalq təcrübə öyrənilir. Audiovizual Şura sosial şəbəkələrin fəaliyyətinə müdaxilə edə bilməz.
AZXEBER.COM xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov bildirib.
O qeyd edib ki, bununla bağlı əsasən valideynlərin nəzarəti olmalıdır:
"Biz verilişlərə yaş məhdudiyyətləri ilə bağlı nişanlar qoyuruq, amma valideynlər uşaqların nəyə baxdığına diqqət etməlidir. Bəzi beynəlxalq platformalarla danışıqlar aparılır, amma müsbət nəticələr əldə olunması üçün uzun zaman tələb olunur".