Valideynlərə xəbərdarlıq: Uşaqlarda buna diqqət edin

Valideynlərə xəbərdarlıq: Uşaqlarda buna diqqət edin
SOSİAL
21:48 25.12.2025
295
Son illər sosial şəbəkələrdə azyaşlı uşaqların yaşlarına uyğun olmayan davranışlarla təqdim edilməsi cəmiyyətdə ciddi narahatlıq doğurur. Saç boyatma, süni dırnaq qoyma, ağır makiyaj və "böyüklər kimi” görüntülərin uşaqlara böyüklər tərəfindən aşılanması uşaqlığın  erkən mərhələdə əlindən alınması kimi qiymətləndirilir.

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov AZXEBER.COM-a açıqlamasında deyib ki, sözügedən məsələ uşağın psixoloji inkişafına birbaşa təsir edən çox ciddi və çoxqatlı problemdir:

"Bu mövzu təkcə estetik və ya dəb məsələsi deyil, uşağın psixoloji inkişafına birbaşa təsir edən çox ciddi və çoxqatlı problemdir. Son illər sosial şəbəkələrin təsiri ilə azyaşlı uşaqların yaşlarına uyğun olmayan davranışları "normal” və hətta "cəlbedici” kimi təqdim olunur. Saç boyatma, dırnaq qaynağı, makiyaj, böyüklərə xas pozlar və danışıq tərzi uşaqlıq dövrünün təbii axarını pozan riskli tendensiyalardır. Psixologiyada uşaqlıq dövrü şəxsiyyətin əsaslarının formalaşdığı ən həssas mərhələ hesab olunur. Bu dövrdə uşaq özünü kəşf etməli, oyun vasitəsilə dünyanı anlamalı, emosiyalarını təhlükəsiz şəkildə ifadə etməyi öyrənməlidir. Uşağın bu mərhələdə "böyüklər kimi görünməsi” və ya "böyüklər kimi davranması”na yönəldilməsi onun daxili inkişaf ritmini pozur”.

Psixoloq vurğulayıb ki, böyüklərə xas davranışlar uşağın psixikasında vaxtından əvvəl gərginlik yaradır:

"Xarici görünüş üzərindən kimlik formalaşdırmağa başlayan uşaq zamanla öz dəyərini də yalnız görünüş, bəyənilmə və təsdiqlənmə ilə ölçməyə başlayır. Bu prosesin ən təhlükəli tərəfi ondan ibarətdir ki, uşaq hələ emosional olaraq hazır olmadığı rolları daşımağa məcbur qalır. Böyüklərə xas davranışlar uşağın psixikasında vaxtından əvvəl gərginlik yaradır. Bu isə gələcəkdə emosional tükənmə, özünə inamsızlıq, bədən imici pozuntuları, sosial narahatlıq və daxili boşluq hissi kimi problemlərlə özünü göstərə bilər. Uşaq zahirən "böyük” görünsə də, daxilən özünü güvənsiz və qorunmamış hiss edir”.

Ekspert qeyd edib ki, burada əsas məsuliyyət böyüklərin üzərinə düşür:

"Valideynlər, yaxın ətraf və hətta sosial media platformalarında kontent yaradan şəxslər uşağa ötürdükləri mesajların fərqində olmalıdırlar. Uşaq valideynin dediyini yox, gördüyünü təkrarlayır. Əgər valideyn üçün əsas dəyər gözəllik, estetik görüntü və sosial şəbəkə reaksiyalarıdırsa, uşaq da özünü sevilməyə layiq hiss etmək üçün bu yolla getməyə çalışacaq. Bu isə uşağın daxili dünyasının kölgədə qalmasına səbəb olur. Unutmaq olmaz ki, uşaqlıq bir dəfə yaşanır və geri qayıtmır. Uşağın uşaq kimi qalmaq hüququ var. Onun oyun oynamaq, səhv etmək, sadə olmaq, fantaziya qurmaq haqqı var. Bu haqqı əlindən almaq, onu böyüklərin dünyasının qayğıları və estetik standartları ilə erkən yaşda üz-üzə qoymaq psixoloji baxımdan ciddi risk daşıyır. Valideynin əsas vəzifəsi uşağı "gözəl göstərmək” yox, onu emosional olaraq güclü, özünü dəyərli hiss edən və sağlam şəxsiyyət kimi böyütməkdir”.


Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR