Valideynləri və qardaşı ölən qız dağıntılar altından çıxmaq istəmədi - VİDEO

Valideynləri və qardaşı ölən qız dağıntılar altından çıxmaq istəmədi - VİDEO
DÜNYA
17:20 08.02.2023
1631
Türkiyənin Hatay şəhərində dağıntılar altında 5 nəfərlik suriyalı ailənin sağlamlıq imkanları məhdud olan qızı tapılıb.
 
İstanbul Esenyurt Bələdiyyəsinin axtarış-xilasetmə qrupları 16 yaşlı Fatma adlı qıza 54 saat sonra çatıb. Lakin o, əvvəlcə çıxarılmasını istəməyib. "Gəlməyəcəyəm, yatacağam”, - deyə qız bildirib.
 
Sağlam olaraq dağıntılar altından çıxarılan qız təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Lakin atası, anası və bir qardaşının öldüyü məlum olub.
 
OXŞAR XƏBƏRLƏR