Valideynlərini elçiliyə göndərə bilmədi - Özünü bıçaqladı

Valideynlərini elçiliyə göndərə bilmədi - Özünü bıçaqladı
SOSİAL
10:18 10.05.2018
2800
Azərbaycanda valideynlərini elçiliyə göndərə bilməyən gənc özünü bıçaqlayıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, Bərdə rayonunun kəndlərindən birində qeydə alınıb. Kənd sakini 1995-ci il təvəllüdlü N.C. intihar etmək məqsədi ilə qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, həyatı xilas edilib.

Araşdırma zamanı onun valideynlərinin sevdiyi qıza elçi getməməsi səbəbindən intihar etmək istədiyi məlum olub.
OXŞAR XƏBƏRLƏR