Van gölündə 61 milyon kubmetr su buxarlandı - FOTO

Van gölündə 61 milyon kubmetr su buxarlandı - FOTO
DÜNYA
13:53 03.11.2022
210
Van gölündə 61 milyon kubmetr su buxarlanıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, yağıntıların azalması və buxarlanmanın artması ilə yaşanan quraqlıqdan ən çox təsirlənən Van gölündə son 26 ildə 61 milyon kubmetr su itirilib.

Van gölünün bir çox nöqtəsində su altında qalan yerlər indi qurudadır. 

Məlumata görə, Türkiyənin ən böyük gölü olan Van gölünün 3712 kvadrat kilometr sahəsi ilə səthi 1648 metrə enib.

Göldəki çəkilmənin özü ilə bir çox mənfiliklər gətirdiyini izah edən mütəxəssislər Van gölünün kənarındakı balıqçı limanları bu vəziyyətdən mənfi təsirləndiyini də bildiriblər. 

Qeyd edək ki, qlobal iqlim dəyişikliyinin təsiri və bunun nəticəsində yaranan quraqlıq bölgədə davam edir.

Ayşən
 
OXŞAR XƏBƏRLƏR