Van Persi rəsmən "Mançester Yunayted"də

İDMAN
08:23 17.08.2012
1674

Uzun müddət "Arsenal"dan ayrılacağı gündəmdə olan Robin Van Persinin yeni komandası bəlli olub.

AZXEBER.COM-un məlumatına görə, "Mançester Yunayted" klubu artıq hollandiyalı futbolçunun keçidini rəsmiləşdirib.

Van Persi ilə 4 illik müqavilə imzalayan Mançester təmsilçisi futbolçunun transferi üçün "Arsenal"a 72,8 milyon funt-sterlinq ödəyib. Artıq futbolçunun "Mançester Yunayted"də illik qazancı da bəlli olub.

29 yaşlı futbolçu "Mançester Yunayted"də çıxış edəcək 4 il ərzində 48,8 milyon funt-sterlinq qazanacaq. Üstəlik komanda Çempionlar Liqasının qalibi olacağı təqdirdə Van Persi əlavə mükafat qazanacaq.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqada keçirdiyi 38 oyunda 30 qola imza atan Van Persi bombardirlik yarışında birinci olmuşdu.

OXŞAR XƏBƏRLƏR