Van yenə sirkələndi

MARAQLI
11:07 05.12.2011
1466

Təkanların gücü 4.9 bal olub

Türkiyənin Van vilayətində ötən aydan başlayan yeraltı təkanlar səngimək bilmir. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bu gecə Vanda daha bir zəlzələ qeydə alınıb. Episentri Kavurma kəndində olan təkanların gücü 4,9 bal olub. İlkin məlumata görə, zəlzələ nəticəsində dağıntı olmayıb. Qeyd edək ki, Vanda ən güclü zəlzələ oktyabrın 23-də qeydə alınmışdı. 7,2 ballıq zəlzələ nəticəsində əyalətdə 600-dən artıq insan ölmüş, minlərlə bina yerlə yeksan olmuşdu. Bundan sonra Vanda müxtəlif gücdə onlarla yeraltı təkan qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR