Vanda Nara İkardi haqda: "Övladları üçün əlindən gələni edir"

İDMAN
11:56 26.10.2023
263
Argentinalı ulduz futbolçu Mauro İkardinin həyat yoldaşı model Vanda Nara ondan danışıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Nara ərinin uşaqlıqdan maddi imkanın yaxşı olmadığını, lakin hazırda övladları üçün hər şeyin ən yaxşısını etdiyini bildirib.
 
Vanda Nara İkardı haqqında bunları deyib:

"Mauro çox təvazökar bir ailədən gəlir. Uşaq olanda pulu olmayıb. Ona görə də övladları üçün əlindən gələni edir. Məsələn, "iPhone 15” buraxılan kimi onların hər birinə bir dənə aldı. Onunla çox yaxşı münasibətimiz var. Mən onu 12 ildir tanıyıram. Bu, çox uzun müddətdir və bunu saxlamaq çətin bir şeydir. O, həmişə mənim prioritetim olub.
 
Bu açıqlamadan sonra İkardinin neçə uşağı olduğu maraq doğurub.
 
İkardinin Françeska İkardi və İzabella İkardi adlı iki qızı var.

Qızların atalarına bənzəməsi diqqət çəkir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR