Vanda Nara İkardidən ayrıldığını açıqladı

İDMAN
18:18 09.11.2024
216
"Qalatasaral"lı futbolçu İkardinin həyat yoldaşı Vanda Nara İkardinin ona göndərdiyi son mesajı izləyiciləri ilə bölüşüb.

AZXEBER.COM xəbər verir ki, Nara İkardi ilə münasibətini bitirdiyini bildirib.
 
İkardinin mesajda yazdığı "Mənim yeganə məqsədim həyatımın bütün bu illəri ərzində əldə etdiyimiz və qurduğumuz hər şeydən həzz almaq idi. Buna icazə ver. Sən mənim həm zəif yerim, həm də gücümsən" sözlərinə Vandanın cavabı gecikməyib.

O, "Bağışla, artıq bitdi. Ehtiyatlı ol, hər şey yaxşı olacaq" cavabını verib.
 
Aysel

OXŞAR XƏBƏRLƏR