Vanda Naradan Simgeye atmaca: İkardini sevə bilərsən, amma...

İDMAN
09:49 07.06.2023
674
"Qalatasaray"ın hücumçusu Mauro İkardinin həyat yoldaşı və meneceri Vanda Nara sosial media hesabında yoldaşının müğənni Simge Sağınla fotosunu paylaşıb.

AZXEBER.COM xəbər verir ki, Vanda Naranın çempionluq şənliyində "Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardini uşaqları və Simge Sağınla paylaşması Argentina mətbuatında diqqət çəkib. 

Xəbərdə Vandanın İkardinin Simge Sağın və uşaqları ilə fotosunu paylaşdığı, mesaj olaraq "Böyük çempion" yazdığı görünüb.

Vanda Nara bir izləyicinin "Sizcə, bir çox qadın siz olmaq üçün partnyorunuzla birlikdə olmağa çalışır?" sualına o, belə cavab verib:

"Xeyr. Hər bir insan bənzərsizdir. Həyat yoldaşımı və ya sevgilimi bəyənə bilərsən, amma bu, bizim hekayəmizi yaşamalı olacaqsan demək deyil. Çox vaxt insan baş verənlərə aşiq olur, insana deyil".
 
Ayşən
OXŞAR XƏBƏRLƏR