Vanqanın 2022-ci il üçün dediyi proqnozu gerçəkləşib.
AZXEBER.COM xəbər verir ki, bütün dünyaya öz proqnozları ilə tanınan kor görücü Vanqanın 2022-ci illə bağlı daha bir iddiası gerçəkləşib. Sibirdə 48500 il əvvəl donmuş virus yenidən ortaya çıxıb.
Belə ki, Vanqa Sibirdə ölümcül bir virusun aşkar ediləcəyini proqnozlaşdırmışdı. Donmuş ərazidə gizlənmiş ölümcül virusun qlobal istiləşmə ilə birlikdə ortaya çıxacağı qeyd edilirdi. Virusun yayılacağı və tez nəzarətdən çıxacağı da onun proqnozları arasında idi. Onun bu proqnozu bu yaxınlarda elmi araşdırmalarla gerçəkləşib.
Sibirdə araşdırmalarını sürətləndirən elm adamları Sibirin əbədi buzlaqlarında qorxulu reallıqla qarşılaşıblar. Sibirdə ortaya çıxan virusun donmuş vəziyyətdə 48 min 500 il yatdıqdan sonra yenidən ortaya çıxdığı qeyd edilib.
Mütəxəssislər illər əvvəl virusların yeni pandemiya yaradan təhlükəsinə diqqət çəkib.
Ayşən