Vanuatu sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib

Vanuatu sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
DÜNYA
07:51 28.10.2026
211
Sakit okeanın cənub-qərbində yerləşən Vanuatu ada dövlətinin sahillərində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verir ki, zəlzələnin episentri Port-Olri şəhərindən 201 kilometr şimal-qərbdə yerləşib.

Yeraltı təkanların ocağı 35 kilometr dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.
 
///report///
OXŞAR XƏBƏRLƏR