Vaqif Abdullayevin başı dərddə: Qardaşı oğlu icra başçısını bitirir

Vaqif Abdullayevin başı dərddə: Qardaşı oğlu icra başçısını bitirir
SOSİAL
14:38 03.11.2016
4238
Xəbər verdiyimiz kimi, Beyləqan rayon İcra Hakimiyyəti başçısı Vaqif Abdullayevin qardaşı oğlu həbs olunub.
 
Bu barədə vəkil Adəm Məmmədov məlumat verib. Vəkil bildirib ki, sentyabr ayında hüquqlarını müdafiə etdiyi M.Saitqızını, Əziz Əliyevə, Əyyub Hüseynova və digər şəxslərə qarşı aldadaraq iki milyonluq əmlakların ələ keçirilməsi faktı barədə açıqlama verərkən, göstərmişdi ki, bu fırıldaqçı qrupun fəaliyyəti yuxarıda qeyd etdiyi şəxslərlə məhdudlaşmır. "Hazırda həmin fırıldaqçı qrupun başında duran Yalçın Sabir oğlu Abdullayev haqqında kifayət qədər faktlara əsaslanmış və özünün birbaşa iştirakı ilə törədilmiş elə bir fırıldaqçı əməliyyat var ki, mən bir an belə düşünmədən müvafiq təhqiqat və istintaq orqanlarına müraciət etmək məcburiyyətində qaldım. Yalçın Abdullayev Rauf Kərimov adlı bir iş adamı ilə "dostluğa” çevrilən yoldaşlıq münasibəti qurur, onun böyük işlərlə məşğul olduğunu bilir. Yəni, nə vaxtsa birbaşa və dolayı yolla nəqd formada külli miqdarda pul lazım olanda onun toruna düşəcəyinə əmin olduğu üçün həmin günü səbirsizliklə gözləməyə başlayır. Həmin gün 2013-cü ilin əvvəllərinə təsadüf edir.
 
Belə ki, Rauf Kərimov ondan nisiyə 300 min ABŞ dolları məbləğində avtomobillər götürür və artıq dostluq münasibətlərinin yaranmasına inandığı Yalçın Abdullayevə Nərimanov rayonu ərazisində yerləşən "Kral Mebel” sonuncuya səmərili şərtlərlə uzun müddətli istifadəsinə verib.
 
AZXEBER.COM-un məlumatına görə, bu hadisə bir daha məmur övladlarının, qohumlarının özbaşınalığını gündəmə gətirib. Belə ki, bir müddət öncə bu qəbildən olan xəbərlər mətbuatda çox yayılsa da, sonradan Cənab Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və bu mövzuya toxunması məmurların qarşısını aldı. 
 
Prezident məmur övladları və qohumları haqda bu sözləri demişdi: 
"Mən həmişə demişəm hər bir dövlət məmuru, o cümlədən prezident xalqın xidmətçisidir. Xalq bizə etibar eləyib, biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq. Dövlət məmurları özlərini təvazökar aparmalıdır, özləri və onların ailə üzvləri xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa statusu var. Onların statusu insanlara xidmət etməkdir. İnsanları incitməməlidirlər, əksinə qayğı, diqqət göstərməlidirlər".
 
Ancaq görünən odur ki, Beyləqan icra başçısı Vaqif Abdullayevin yaxın qohumları və ətrafı bu sözlərdən nəticə çıxarmayıb və insanların etibarından sui-istifadə edərək onları aldadıb. 
 
Məlumata görə, bu xəbər icra başçısının sonunu gətirəcək. Belə ki, o mətbuatda ən çox tənqid olunan başçılardandır. Onun adı indiyə qədər ən müxtəlif qalmaqallarda hallanıb. Media sərhasər icra hakiminin əməllərindən yazır. Sonuncu dəfə kanalizasiya xəttinin üstün satması və 300 minlik tualet tikdirməsi ilə gündəmə gəlmiş V.Abdullayevin reputasiyası tamamilə sıfıra enib.

OXŞAR XƏBƏRLƏR