Vaqif Cavadov: ''Həmin qolu buraxmasaydıq...''

İDMAN
11:00 17.10.2012
1548

"Matçın son dəqiqələrində penaltidən qol buraxdıq. Bu, çox üzücü oldu".

AZXEBER.COM-un məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadov Rusiya ilə oyundan sonra (0:1) deyib.

V.Cavadov son dəqiqələrdə top buraxmalarının onları məyus etdiyini bildirib:"Rusiya millisi oyunda üstünlüyü ələ keçirsə də, qol vura bilmirdi. Lakin rəqibin son dəqiqələrdə qol vurması bizi məyus etdi. Eybi yoxdur. ArtıqRusiya millisini Bakıda gözləyəcəyik. Düşünürəm ki, Bakıda tamamilə fərqli oyun olacaq.Bu görüşdə Rusiya heç də yaxşı oyun sərgiləmədi.Ancaq qələbə qazandılar. Biz meydanda sonadək mübarizə apardıq. Lakin xal qazanmaq üçün bir qədər çatdırmadıq. Əgər bu oyunda həminqolu buraxmasaydıq, heç kəs Azərbaycan millisininpis oynadığını deməyəcəkdi. Təəssüf ki, bunu bacarmadıq. Penalti zərbəsinə gəldikdə isə hakim 11 metrlik nöqtəni göstərməməli idi. Doğrudur, qayda pozulmuşdu. Ancaq bu,cərimə meydançasından kənarda baş vermişdi".

OXŞAR XƏBƏRLƏR