Vaqif Cavadov “Spartak”ın qapısına qol vurdu (VİDEO)

İDMAN
02:13 22.09.2011
1797
Azərbaycan millisinin futbolçusu Vaqif Cavadovun şərəfini qoruduğu Rusiyanın “Volqa” klubu ölkə kubokunun 1/8 final qarşılaşmasında Moskva “Spartak”ını məğlub edib. Beləliklə, Rusiyanın ən iddialı klublarından biri kubok uğrunda yarışlardan kənarlaşıb.Moskvadakı “Lujniki” siadionunda keçirilən qarşılaşmanın əsas vaxtı heç-heçə başa çatıb - 1:1. Penaltilərdə isə “Volqa” daha güclü olub - 6:5. Nijni Novqorod klubunun penaltilərindən birini Vaqif Cavadov yerinə yetirib və dəqiq olub. Onun penalti zərbəsini rusiyalı futbol şərhçiləri xüsusi qeyd ediblər və Vaqifin penaltini peşəkarcasına yerinə yetirdiyini bildiriblər.Vaqif Cavadov oyun zamanı da fəal olub. Təsadüfi deyil ki, “Volqa”nın birindi hissədə yaratdığı ən təhlükəli vəziyyəti millimizin oyunçusunun adı ilə bağlı olub. O, 25 metrlik məsafədən təhlükəli zərbə vurub, lakin qapıçı Rebrov topa çatıb.“Volqa” Rusiya Kubokunun ¼ final mərhələsində Qroznının “Terek” klubu ilə qarşılaşacaq. Qroznı klubu ötən axşam Vladimirin “Torpedo” klubunu 2:0 hesabı ilə məğlub edib. 

OXŞAR XƏBƏRLƏR